Duayt Devid Eyzenhauer, "Ayk" ləqəbi ilə tanınır (; ) — Amerika Birləşmiş Ştatlarının 34-cü prezidenti (1953–1961), ordu generalı (20 dekabr 1944). XIX əsrdə doğulmuş və Birinci Dünya müharibəsi veteranı olan son ABŞ prezidenti. NATO Birləşmiş Qüvvələrinin ilk baş komandanı (1950–1952).
İkinci dünya müharibəsi dövründə 1944-cü il iyunun 6-da tarixdə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik etmişdir.
Onun hakimiyyət dövrü Koreya müharibəsində atəşkəs əldə olunması, SSRİ-yə təzyiqlərin güclənməsi, atom silahına böyük üstünlük verilməsi, kosmik yarışın başlaması, sosial müdafiə proqramının genişləndirilməsi, Ştatlararası avtomagistral sisteminin yaradılmasının təşkili ilə xarakterizə olunur.
Həmçinin bax Eyzenhauer matrisi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Vaşinqtonda vəfat edənlər Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1956) Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1952) Kateqoriya:ABŞ presviterianları Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Duayt Eyzenhauer Kateqoriya:İkinci Dünya müharibəsi