Əbu Abdillah Məkhul ibn Əbi Müslim Şəhrab ibn Şazəl əş-Şəmi əd-Dəməşqi əl-Hüzəli (; ) — Tabiin nəslinə mənsub fəqih.
Bioqrafiyası Kabildən olan bir ailəyə mənsubdur. Rəvayətə görə Səid ibn Əs onu bir qadına hədiyyə etmiş, həmin qadın isə Məkhulu Misirdə azad etmişdir.
O, təhsil almağa Misirdə başlamış, sonra Şam, İraq və Hicazda davam etdirmişdir. Aişə, Übeyy ibn Kəb, Əbu Ümamə əl-Bəhili, Vasilə ibn al-Əsqa, Ənəs ibn Malik, Mahmud ibn Rəbi, Əbdürrəhman ibn Qanəm və başqalarından elm almışdır.
Əyyub əs-Sixtiyani, Əvzai, Səid ibn Əbdüləziz kimi tanınmış alimlərə müəllim etmişdir.
Səid ibn Cübeyr onun fiqhdə Zöhridən güclü olduğunu söyləmişdir.
Onun Qədəri görüşünə sahib olduğu iddia edilsə də, bu, isbat edilməmişdir.
Məkhul Dəməşqdə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Müftilər