Burbon-Parmalı Jozef (; ) — titular Parma hersoqu və Burbon-Parma ailəsinin başçısı.
1875-ci ildə Biarritsdə dünyaya gəldi. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə İki Siciliya kralı II Ferdinandın qızı Siciliyalı Mariya Piadır. Əqli xəstə idi. Hələ 7 yaşında ikən anası doğuş əsnasında vəfat etdi və çox keçmədən atası yenidən evləndi. Özü kimi əqli zəif olan qardaşı Henrinin vəfatından sonra 1939-cu ildə sürgündəki ailənin başçısı oldu və ailə mülklərinə sahibləndi. Ancaq əqli zəifliyi vardı və bu səbəblə, ögey anası İnfanta Mariya Antoniya 4 ay sonra hersoqun ilk evliliyindən doğulan 6 övladın mirasdan və dövlət idarəsindən məhrum edildiyini elan etdi. Sırf bu səbəblə, Şahzadə Elyas yaşca böyük qardaşına naib olaraq xidmət etməyə başladı.
1950-ci ildə Lukkada vəfat etdi. Əqli xəstə olduğu üçün heç vaxt evlənmədi və övladı olmadı.
İstinadlar