I Portuqaliya mirası uğrunda müharibə () — Portuqaliya kralı I Ferdinandın kişi varis buraxmadan vəfat etməsindən sonra baş vermiş iki illik taxtsızlıq və siyasi böhran dövrüdür. Bu dövr, ölkənin müstəqilliyinin təhlükə altına düşməsi, xalq üsyanı və nəhayət, Avis sülaləsindən I Juanın taxta çıxması ilə nəticələnmişdir. Hadisələr Portuqaliya tarixində Avis İnqilabı () kimi də tanınır.

Portuqaliya kralı I Ferdinand 22 oktyabr 1383-cü ildə geridə kişi varis buraxmadan vəfat etdi. Onun qanuni tək övladı olan qızı Beatrisa, Kastiliya kralı I Xuan ilə evli idi. Kral Ferdinandın vəsiyyətinə əsasən, Beatrisa və I Xuan Portuqaliya taxtının varisləri elan olundular. Bu vəziyyət isə Portuqaliya müstəqilliyi üçün təhlükə sayıldı. Çünki Beatrisanın monarx kimi hökmranlığı, Portuqaliyanın Kastiliyanın təsiri altına keçməsi ilə nəticələnə bilərdi.

Beatrisanın taxta çıxmasına və Kastiliya kralı I Xuanın nüfuz qazanmasına xalq və zadəganlar arasında ciddi etirazlar başladı. Lissabon, Santaren və Portu kimi əsas şəhərlərdə üsyanlar başladı. Bu üsyanlara isə mərhum Portuqaliya kralı I Pedronun nigahdan kənar oğlu və sabiq kralın ögey qardaşı olan Avisli Juan rəhbərlik edirdi.

Digər yandan 1384-cü ildə Kastiliya kralı I Xuan Portuqaliyaya hücum etdi və Lissabona şəhərini mühasirəyə aldı. Ancaq orduda yayılan taun epidemiyası və güclü müqavimət səbəbilə şəhər ələ keçirilə bilmədi.

1385-ci ilin aprelində Koimbradakı Korteslər birliyində Avisli Juan xalq tərəfindən rəsmi olaraq kral elan olundu və Portuqaliya taxt-tacı Avis sülaləsinin əlinə keçdi. Elə həmin il - 14 avqust 1385-ci ildə Kastiliya orduları məğlub edildi və Avis sülaləsinin Portuqaliyadakı hakimiyyəti Kastiliya tərəfindən tanındı.

Mənbə

Goodman, Anthony (1992). John of Gaunt: The Exercise of Princely Power in Fourteenth-Century Europe. New York: St. Martin's Press. p. 123. ISBN 978-0-312-08358-8 Robert Durand, in Encyclopedia of the Middle Ages (Routledge, 2000), s.v. "Portugal", p 1173; see also Armíndo de Sousa, "Portugal" in The New Cambridge Medieval History 2004, vol. II p. 629

Kateqoriya:XIV əsrin müharibələri Kateqoriya:Fransanın müharibələri