Əmbizlərin keşiyində — 1988-ci ildə ekranlaşdırılmış qısametrajlı sənədli film.

Məzmun Filmin qəhrəmanı 96 yaşlı kəndli Həbib Muradov və onun həyat yoldaşı Gülxanımdır. Onlar Xızı bölgəsində vaxtilə gül-gülü, bülbül-bülbülü çağıran, günü-gündən çiçəklənən Əmbizlər kəndinin sonuncu sakinləridir. İndi bura təsərrüfatsızlıq, baxımsızlıq ucbatından viran qalıb. "Torpağı sevmək lazmdır, bizim həyatımız ondan asılıdır". Müdrik ağsaqqal Həbib kişinin dediyi bu sözlər filmin əsas qayəsini təşkil edir.

Filmin heyəti Rejissor: Zaur Məhərrəmov

Ssenari müəllifi: Nüsrət Kəsəmənli

Operator: Zaur Məhərrəmov

Digərləri: Ş. Kərimov, C. Məmmədov, Xanlar Cəfərov

Rollarda

Həbib Muradov Gülxanım Muradov

İstinadlar

Kateqoriya:Azərbaycan filmləri Kateqoriya:Azərbaycan sənədli filmləri Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri