Özləm Yılmaz — türk hərbiçi. Hal-hazırda Jandarma Jandarma Baş Komandanlığının Kadrlar Baş İdarəsinin rəisidir.
O, Türkiyə Cümhuriyyəti tarixində general rütbəsinə yüksəlmiş ilk qadındır.
Həyatı və hərbi karyerası Özlem Yılmaz 1976-cı ildə İstanbul şəhərində anadan olub. 1997-ci ildə Quru Qoşunları Hərbi Məktəbini leytenant rütbəsi ilə bitirib. İlk hərbi xidməti Silopidə yerləşən 23-cü Piyada Briqadasında taqım komandiri olaraq həyata keçirib.
Jandarma polkovniki rütbəsində olarkən Jandarma Baş Komandanlığının Ailədaxili Zorakılıqla Mübarizə və Uşaq Şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-ci ildə birinci dərəcəli general rütbəsinə yüksəldilib və Jandarma və Sahil Mühafizəsi Akademiyası sədrinin müavini təyin edilib. Bununla da Türkiyə tarixində general olan ilk qadın kimi tarixə düşüb.
2023-cü ildə Jandarma Baş Komandanlığının Kadrlar Baş İdarəsinin rəisi təyin edilib.
Evli və iki uşaq anasıdır.
İstinadlar