Tuncer Salman () — Türkiyənin film, teatr və televiziya aktyoru və səs sənətçisi.

Həyatı və karyerası 15 mart 1965-ci ildə Uşakda anadan olub. 1990-cı ildə Hacettepe Universiteti Dövlət Konservatoriyasının Teatr aktyorluğu fakültəsini bitirib. Bir il Ankara Dövlət Teatrında çalışıb. 1993–2001-ci illər arasında Antalya Dövlət Teatrında fəaliyyət göstərib. 2002-ci ildən Bursa Dövlət Teatrında fəaliyyət göstərməyə başlayıb. O, teatrla yanaşı, müxtəlif filmlərdə və televiziya layihələrində yer almışdır. O, səs sənətçisidir.

1997-ci ildə azərbaycanlı rejissor Namiq Ağayevlə birlikdə "Ol" Teatrını təsis etmişdir. Teatrın ilk layihəsi kimi "Xoş gəldin, Nazim" adlı tamaşa səhnələşdirdilmişdir. Ardından Riçard Baxın eyniadlı əsərinə əsaslanan "Martı" tamaşasını səhnələşdirmişdirlər. 2014-cü ildə "Qurdlar Vadisi: Pusqu" teleserialında Sagir Hokka obrazını canlandırmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyənin teatr aktyorları Kateqoriya:Türkiyənin səs aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları