Trident.( tri- "üç" və dens "diş") – üç uclu nizədir. Qədim zamanlarda ənənəvi olaraq balıqçılıq və ovçuluqda istifadə olunurdu. Trident həmçinin bir çox fərqli mədəniyyət və mifologiyalarda güc və hakimiyyət simvoludur. thumb|300px|Poseydonun tridenti
Tarixi və istifadəsi Trident qədim zamanlardan ov aləti kimi istifadə edilirdi, o xüsusən su canlılarını (balıq, qurbağa və s.) ovlamaq üçün əlverişli idi. Geniş dişləri və iti ucluqları sayəsində trident su altında olan hədəfi vurmaq üçün əlverişli silah hesab olunurdu. Sonrakı dövrlərdə isə döyüş və müəyyən rəmzi anlamlarda istifadə olunmağa başlandı.
Mifologiyada rolu Yunan mifologiyası
Trident ən çox Poseydon (dəniz tanrısı) ilə əlaqələndirilir. Poseydon trident ilə dənizləri idarə edir, zəlzələr yaradır və fırtınalar çıxarırdı.
Roma mifologiyası
Roma miflərində dəniz və suyun tanrısı olan Neptun trident olə təsvir olunur.
Hindu mifologiyası
Hindistanda Şiva tanrısı tridentə bənzər trişula adlı silahla təsvir olunur. Hindistanda həm fiziki, həm də güclü ruhani gücün rəmzi sayılırdı.
Müasir istifadə Hərbi simvolika: bəzi donanmalar və xüsusi hərbi birliklər tridenti emblemlərində istifadə edirdilər. Avtomobil sənayesi: İtalyan avtomobil markası Maserati tridenti loqo kimi istifadə edir.
Simvolik mənalar Tridentin üç ucu tez-tez üçlük simvolizmini əks etdirir: Yaradılış, qoruma, süqut Keşmiş, indiki gələcək Bədən, ruh, ağıl
İstinadlar
Kateqoriya:Antik silahlar Kateqoriya:Mifik əşyalar