Vüsal Abdullazadə () — Azərbaycanlı karateçi və idman xadimi. Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi , Dünya Fudokan Karate Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, 3 qat dünya çempionu, Azərbaycan Respublikasının idman ustası , Avropa çempionatının gümüş mükafatçısı, yüksəksəviyyəli beynəlxalq yarışların qalibi, fudokan ənənəvi karate üslubu üzrə 5-ci dan beynəlxalq qara kəmər sahibi.

Həyatı

Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub.

2011-ci ildə yüksək idman dərəcələrinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar (imtahansız-birbaşa) daxil olub və 2015-ci ilin iyun ayında akademiyanı əla qiymətlərlə bitirib.

2015–2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir.

25 avqust 2016-dan "Bakı Karate-do Akademiyası"nın baş məşqçisi və rəhbəridir.

2020-ci il Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olub.

2024-cü ilin may ayının 2-dən Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi vəzifəsində çalışır. O, eyni zamanda federasiyasının Mətbuat və Texniki Xidmət sahələrinin rəhbəridir.

2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına qəbul olub.

Uğurları Yerli

16 fevral 2008-ci ildə Qocyu-ryu karate üzrə Bakı şəhər açıq birinciliyində yeniyetmələrdə qalib olub. 26 aprel 2008-ci ildə Qocyu-ryu karate üzrə Bakı şəhər açıq çempionatının yeniyetmələrdə gümüş mükafatçısı olub. 18 may 2008-ci ildə Bakıda keçirilən Qocyu-ryu karate üzrə Azərbaycan kubokunda yeniyetmələrdə II yer olub.

6 mart 2011-ci ildə İsmayıllıda Çoxmübarizəli idman döyüş növləri (hərbi çoxnövçülük) üzrə böyüklər arasında B-2 / 60 kq-da Azərbaycan çempionu olub. 25 sentyabr 2011-ci ildə Bakıda Kontakt karate üzrə böyüklər arasında 60 kq-da Respublika turnirinin qalibi olub. 11 mart 2012-ci ildə Göyçayda Çoxmübarizəli idman döyüş növləri (hərbi çoxnövçülük) üzrə böyüklər arasında B-2 / 65 kq-da Azərbaycan çempionu olub.

6-8 dekabr 2013-də Bakı şəhərində Azərbaycan Okinava-Qocyu-Ryu Karate-do və Kobudo növləri və Beynəlxalq Kempo Karate və Kobudo növləri üzrə XVI Respublika çempionatında 60 kq çəki dərəcəsində, 18 yaşdan yuxarı kişilər arasında 7-ci dəfə Respublika çempionu olub.

23 mart 2014-cü ildə Bakıda Kontakt karate üzrə böyüklər arasında 75 kq-da Azərbaycan çempionu olub. 22 dekabr 2016-cı ildə Bakıda Kontakt karate üzrə böyüklər arasında 75 kq-da Azərbaycan çempionu olub. 2017-ci ildə Bakıda Kontakt karate üzrə böyüklər arasında 75 kq-da Azərbaycan ikincisi olub.

Beynəlxalq

2011-ci ildə Ukraynada Dünya Hərbi Döyüş Çoxnövçülüyü üzrə (World Military Sports All-Round Competitions) 60 kq-da dünya çempionu.

2013-ci ildə Polşada Dünya üzrə (World Military Sports All-Round Competitions) 70 kq-da dünya çempionu.

2014-cü ildə Portuqaliyada Dünya Bütün Döyüş Növlərinin Çempionatı və Olimpiadasında (World All-Styles Championship) 70 kq-da gümüş medal.

2018-ci ildə Ukraynada Dünya Hərbi Döyüş Çoxnövçülüyü üzrə (World Military Sports All-Round Competitions) 75 kq-da dünya çempionu.

2025-ci il mayın 8-11-də Polşanın Pulavı şəhərində ənənəvi karate üslubu fudokan üzrə 10-cu dünya çempionatın keçirilib. Yarışda Azərbaycan Karate Federasiyasının milli komandası ümumilikdə 9 (5 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıb. Dünya çempionatında Azərbaycan milli komandasına V. Abdullazadə rəhbərlik edib.

İstinadlar

Xarici keçidlər

Vusal Abdullazade — Flickr səhifəsi Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi saytında — Vüsal Abdullazadə Azərbaycanda karate idman növünün son durumu | BİZİM İDMAN (CBC SPORT) - Vüsal Abdullazadə

''</small>

Kateqoriya:Azərbaycan karateçiləri Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:Azərbaycanın kişi karateçiləri