İslandiya milli futbol komandası — İslandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Tarixi İslandiya millisi 1930-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adalarını 1–0 hesabı ilə məğlub edib. İlk rəsmi oyunlarında Danimarkaya 3 cavabsız qol vurublar. 1985-ci ildə Farer Adaları ilə oyunda ən böyük qələbələrini qazanıblar 9–0. Rəngləri göy ağ qırmızı.
Ölkə üzrə 5 rəsmi futbol çempionatı keçirilir. Ölkə Kuboku, əsas liqa, 1–2 və üçüncü dizionlar. Əsas liqa daxil olmaqla 1-ci 2-ci divizionda 12, 3-cü divizionda isə 10 klub çıxış edir. Ölkədə 73 futbol klubu var. İslandiyanın futbol üzrə milli komandası 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına gedəcəkdi, amma qapııdan geri döndü. Pley-off mərhələsinə yüksəlsələr də güclü Xorvatiya millisi ilə qarşılaşmada məğlub oldu və çempionatdan kənar qaldı. İslandiya millisi Azərbaycan milli komandası ilə 1 oyun keçirib və bərabərə qalıb 1–1. Milli komandanın oyunçuları İtaliya, Rusiya, İsveç, BelÇika, Danimarka, İngiltərə, Uels, Fransa, Almaniya kimi ölkələrin klublarında oyayır. Hal-hazırda da davam edən Avro2016-nın seçmə mərhələsində A qrupunda Çexiya, Türkiyə, Hollandiya, Qazaxıstan və Latvia ilə birlikdə mübarizə aparırdı. Qrupu 20 xal ilə ikinci pillədə başa vurub final mərhələsinə yüksəldi. Final mərhələsində Macarıstan, Avstrya və Portuqaliya ilə eyni qrupda qərarlaşan İslandiya millisi 1 qələbə 2 heçheçə ilə səkkizdəbir finala vəsiqə qazandı. Bu mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq. Ölkə çempionatının dəyəri 44.7 milyon dollardır.
Avro 2016 İslandiya milli komandası Fransada keçirilən final mərhələsinə təsnifat mərhələsi qrupunda ikinci yeri tutmaqla oynamaq haqqı qazandı. Bəziləri üçün islandların Hollandiya, Türkiyə, Çexiya kimi komandaların olduğu qrupdan çıxacağı o qədər də real görünmürdü, lakin İslandlar Türkiyə və Hollandiyanı qabaqlayaraq Çexiyadan sonra ikinci pilləni tutub Fransaya vəsiqə qazandı. Qrup mərhələsində Macarıstan, Portuqaliya və Avstrya ilə qərarlaşan İslandlar daha bir sensasiyaya imza atdılar. İlk oyunda Portuqaliya ilə 1–1 hesablı bərabərə qaldılar. İkinci görüşdə Macarıstanla qolsuz bərabərliyə qalan (1–1) milli, son görüşdə Avstryanı 2–1 hesabı ilə məğlub edərək 1/8 (səkkizdəbir) finalda iştirak hüququ qazandı. İslandlar yenə də real olmayanı bacardılar. səkkizdəbir finalda güclü İngiltərə millisini 2–1 hesabı ilə qarşılaşan İslandiya güclü-zəif sözlərinə əks gələrək İngiltərəni Fransadan geri qaytardı, lakin 1/4 finalda ev sahibi Fransa millisinə 5:4 hesabla uduzaraq çempionatı tərk etdi.
Beynəlxalq yarışlarda çıxışların statistikası
Dünya çempionatı Final yarışlarıSeçmə oyunlarİlNəticəYer Heyət Yer 1930İştirak etmirdiİştirak etmirdi 1934 1938 1950 1954İştirakı FİFA tərəfindən qəbul edilməyibİştirakı FİFA tərəfindən qəbul edilməyib 1958Təsnifat mərhələsini keçməmişdir3/34004626 1962İştirak etmirdiİştirak etmirdi 1966 1970 1974Təsnifat mərhələsini keçməmişdir4/46006229 19784/46105212 19824/582241021 19864/46105410 19905/58143611 19943/5832376 19985/6102351116 20024/6104151420 20065/6101181427 20105/58125713 20142/6*125341717 2018Qrup mərəhələsi4/4321063 2022MüəyyənləşməmişdirMüəyyənləşməmişdirCəmi —Cəmi99231957106211 * — pley-off oyunlarında məğlub olmuşdur. +Avro 2016 oyunlarMərhələOyunTarixQrup m. 1Portuqaliya 1–1 İslandiya 14 iyunQrup m. 2 İslandiya 1–1 Macarıstan 18 iyunQrup m. 3İslandiya 2–1 Avstrya 22 iyun1/8 final İngiltərə 1–2 İslandiya 27 iyun1/4 final Fransa 5–4 İslandiya 3 iyul OyunAvro 2016-da vurulan qolların müəllifləri 1–1 Quli Siqrdson1 1–2 Kolbeyn Siqurdsson1 1–1 Birkir Biarnson1 2–1 Con Dadi Bödvarsson1 1–2 Raynar Siqurdson1 2–1 Arnor İnqvi Traustason1
İstinadlar
Kateqoriya:Avropa milli futbol komandaları Kateqoriya:İslandiyada futbol Kateqoriya:İslandiya milli idman komandaları