Həmdan ibn Məhəmməd ibn Rəşid Əl Məktum (; ) — Dubay şahzadəsi və vəliəhdi, kral ailəsinin üzvü, 2006-2008-ci illərdə Dubay hökmdarının müavini, 14 iyul 2024-cü ildən BƏƏ-nin müdafiə naziri. Xalq arasında Fazza () "kömək edən" kimi tanınır. Atçılıqla məşğul olan Əl Məktum Dünya Atçılıq yarışlarında dəfələrlə dünya çempionu olub.Sheikh Hamdan crowned champion of FEI World Equestrian Games
Bioqrafiyası Həmdan ibn Məhəmməd Əl Maktum 14 noyabr 1982-ci ildə anadan olub, şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun və onun həyat yoldaşı şeyxa Hind bint Maktum bin Cuma Əl Maktumun ikinci oğludur.A tale of two desert dynasties Həmdanın böyük qardaşı şeyx Rəşid ibn Məhəmməddir.
Təhsili Təhsilinə Şeyx Rəşid adına özəl məktəbdə başlayıb və Dubay Hökumət Məktəbinin İnzibati İdarəetmə fakültəsində davam etdirib. Daha sonra Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasına daxil olub.Crown Prince of Dubai, Deputy Prime Minister and Minister of Defence of the UAE Hərbi Akademiyadan sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbini bitirib.
Karyerası Həmdan ibn Məhəmməd 2006-cı ilin sentyabrında Dubay İcraiyyə Şurasının sədri təyin edilib. 1 fevral 2008-ci ildə o, Dubayın Vəliəhdi təyin edildi, qardaşı Şeyx Məktum ibn Məhəmməd Əl Maktum isə Dubay hökmdarının müavini vəzifəsinə keçdi. Yeni vəliəhd olduqdan sonra Həmdan yeni əsas heyət və maliyyə məsləhətçiləri təyin etdi. O, Şeyx Məhəmməd ibn Rəşid Gənc Sahibkarlar Təşkilatının rəhbəri və Dubay İdman şurasının üzvüdür.
2011-ci ildə təsis edilən Həmdan Beynəlxalq Fotoqrafiya Mükafatının təsisçisidir.
O, Dubay Marafonunun himayədarıdır və Expo 2020 təqdimatında Dubay nümayəndə heyətinin üzvü idir, nəticədə onun doğma şəhəri tədbirə ev sahibliyi etmək hüququ qazandı
2022-ci ilin iyun ayında Şeyx Həmdan beş qitədə 50 Dubay ticarət ofisinin yaradılmasını hədəfləyən Dubai Global təşəbbüsünü başlatdı. Təşəbbüs Dubayda yerləşən şirkətləri dəstəklədi və şəhərin biznes mərkəzi kimi mövqeyini gücləndirdi.
Şeyx Həmdan növbəti bir neçə il ərzində dünyanın beş qitəsində 50 inteqrasiya olunmuş Dubay ticarət nümayəndəsinin yaradılması üçün Dubai Global təşəbbüsünü irəli sürdü. Məqsədi Dubayın dünyanın əsas biznes mərkəzlərindən biri kimi mövqeyini gücləndirmək və Dubayda yerləşən şirkətlərə 30-dan çox perspektivli bazarda əməliyyatlarını genişləndirmək üçün onlara logistik dəstək göstərməklə dəstək olmaqdır.
14 iyul 2024-cü ildə BƏƏ Baş nazirinin müavini və Müdafiyyə naziri təyin edilmişdir.
Şəxsi həyatı və maraqları Həmdan Əl Maktum aktiv həyat tərzi keçirir: atçılıq, paraşütçüluq və akvalanqçılıqla məşqul olur. Şahzadə boş vaxtlarında Fazza təxəllüsü ilə vətəninə, ailəsinə həsr edilən şeirlər yazır.
15 may 2019-cu ildə Şeyx Həmdan əmisi qızı Şeyxa bint Səid bin Tani Əl Məktumla evlənir, övladaları var.
Həmçinin bax
Əl Məktum
İstinadlar
Xarici keçidlər Official Website - Arabic Official Website - English Official Website - English
Kateqoriya:BƏƏ siyasətçiləri Kateqoriya:Birləşmiş Ərəb Əmirlikləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunları Kateqoriya:2006 Asiya Oyunları medalçıları