Uturunku vulkanı — Boliviyanın Sur Lipez əyalətində yerləşən fəaliyyətsiz bir vulkan. 6,008 metr (19,711 fut) hündürlüyündə olan bu vulkanın iki zirvəsi var və ümumi həcmi 50-85 km³ təxmin edilən lava günbəzləri və lava axınları kompleksindən ibarətdir. Hal-hazırda buzlaqlar olmasa da, keçmiş buzlaşmanın izlərini daşıyır. Vulkan fəaliyyəti Pleystosen dövründə baş vermişdir və son püskürmə 250,000 il əvvəl olmuşdur; o vaxtdan bəri Uturunku püskürməsə də, zirvə bölgəsində, iki zirvə arasında aktiv fumarollar mövcuddur.

Coğrafiya və geomorfologiya

Uturunku, Boliviyanın cənubunda yerləşən Sur Lipez bölgəsinin San Pablo de Lipez bələdiyyəsində, Kuetena şəhərinin cənub-şərqində və Eduardo Avaroa And Faunası Milli Qoruğunun şimal-şərqində, "Cordillera de Lipez"də yerləşir. Bu ərazi demək olar ki, əhalisizdir və vulkan 21-ci əsrin əvvəllərinə qədər az tanınırdı. Vulkan, regional buzlaşma tarixini yenidən qurmaq üçün istifadə edilmişdir. Quechua dilində "uturuncu" termini "yaquar" mənasını verir. Vulkan uzaqdan görünür və bu gün turizm məqsədi üçün populyardır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:Boliviyadakı stratovulkanlar