Drezden kafedralı və ya Müqəddəs Üçlük Kafedralı (), əvvəllər Saksoniya Kral Sarayının Katolik Kilsəsi () — Almaniyanın Drezden şəhərində yerləşən katolik kafedralı.

Həmişə şəhərin ən mühüm katolik kilsəsi olan bu kilsə, 1964-cü ildə Drezden-Meyzen Yeparxiyasının kafedralı statusuna yüksəldilmişdir. Almaniyanın Drezden şəhərinin tarixi mərkəzində, Elba çayının yaxınlığında yerləşir. Bu kilsə, Vettin sülaləsinin, o cümlədən Polşa monarxlarının dəfn yerlərindən biridir.

Tarix

Hofkirşe, Drezdenin ən məşhur abidələrindən biri kimi qəbul edilir. Memar Qaytano Kiaveri tərəfindən 1738-1751-ci illərdə layihələndirilmişdir.Fritz Löffler: Das alte Dresden - Geschichte seiner Bauten. 16th ed. Leipzig: Seemann, 2006, (German) Kilsə, Saksoniya kürfürstü və Polşa kralı III Avqust tərəfindən sifariş edilmişdir. Eyni zamanda protestant şəhəri olan Drezden, 1726-1743-cü illər arasında Frauenkirxa (Müqəddəs Məryəm Kilsəsi) kilsəsini inşa etmişdir. Şəhərin əhalisi əsasən protestant olsa da, onun hökmdarları katolik idi. Katolik kürfürst, kafedralı öz istifadəsi və digər yüksək rütbəli məmurlar üçün inşa etdirmiş və onu öz evi olan Drezden qəsri ilə bəzəkli bir yüksək mərtəbəli keçidlə birləşdirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Drezden kilsələri Kateqoriya:Drezdenin görməli yerləri Kateqoriya:Drezdendə bərpa edilmiş binalar və tikililər Kateqoriya:1751-ci ildə yarananlar Kateqoriya:1750-ci illərin memarlığı Kateqoriya:Barokko kilsələri Kateqoriya:Drezdendə barokko memarlığı Kateqoriya:Avropa kilsələri