Ornithopoda (ingiliscə tələffüzü: /ˌɔːrnəˈθɒpədə/) — Ornitopodlar adlanan ornitiskian dinozavrlar kladı.

Təsvir Ornithopoda "quş ayaqları" mənasını verir (yunanca ornithos, ornis – "quş" və pous, podos – "ayaq"). Bu ad onların quş ayaqlarına bənzər xüsusiyyətlərinə istinad edir. Onlar həmçinin bədən zirehinin olmaması, keratindən ibarət dimdiyin inkişaf etməməsi, uzun pubis sümüyünə (nəhayət, ilium sümüyünü də keçən) və alt çənədə mandibulyar fenestranın (deşiyin) olmaması ilə xarakterizə olunur. Müxtəlif ornitopodlar və onlarla əlaqəli ornitiskianlar qabırğaların xarici tərəfində nazik qığırdaq lövhələrə malik idi. Bəzi hallarda bu lövhələr minerallaşaraq fosilləşirdi. Bu interkostal lövhələrin funksiyası məlum deyil. Onlar "Hypsilophodon", "Nanosaurus", "Parksosaurus", "Talenkauen", "Thescelosaurus" və "Macrogryphosaurus" növlərində tapılmışdır.

İstinadlar

Xarici keçidlər GEOL 104 dinosaurs: a Natural history, ornithopoda: beaks, bills & crests, by Thomas R. Holtz Jr.

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Yura dövrü dinozavrları Kateqoriya:Təbaşir dövrü dinozavrları Kateqoriya:Avropa dinozavrları