Daşrat Patel (; ) — Hindistanlı dizayner və heykəltəraş. O, 1961-ci ildən 1981-ci ilə qədər Əhmədabaddakı Milli Dizayn İnstitutunun (NID) ilk müəllimlərindən biri olub.
O, 1981-ci ildə Hindistan hökuməti tərəfindən Padma Şri ordeninə, ardınca 2011-ci ildə ölümündən sonra Padma Bhuşan ordeninə layiq görülmüşdür. Həyatı 250px|thumb|right|Çennai şəhərindəki Raciv Qandi küçəsinin girişindəki "Alov atan" heykəli. Daşrat Patel 1927-ci ildə Qücərat ştatının Sojitra şəhərində anadan olub. O, Çennai şəhərindəki Dövlət Təsviri İncəsənət Kollecində (1949–53) təsviri incəsənət təhsili almışdır. Ddaha sonra Parisdəki "École des Beaux-Arts"da (1953–1955) aspirantura təhsili aldığı müddətdə rəsm, heykəltəraşlıq və keramika üzrə bakalavr dərəcəsinə yiyələnib.
O, müxtəlif incəsənət sahələrində rəssam, keramikaçı, qrafik dizayner, sənaye dizaynı və sərgi dizaynı kimi fəaliyyət göstərmişdir. Karyerasının əvvəlində o, 1950-ci illərdə Mumbaydakı "Bhulabhai Desai İnstitutu"nda sərgilər təşkil edib.Design Teachers: Dashrath Patel, Biography designindia.net. O, Əhmədabaddakı Milli Dizayn İnstitutunda dizayner və Sənaye Dizaynı üzrə müəllim kimi çalışmış, həmçinin institutda keramika şöbəsini yaratmışdır. 1981-ci ildə Milli Dizayn İnstitutundan ayrılmış və Varanasi yaxınlığındakı Sevapuridə Kənd Dizayn Məktəbini qurmuşdur.
O, qısa sürən xəstəlikdən sonra 1 dekabr 2010-cu ildə 83 yaşında Əhmədabadda vəfat etmişdir.
Ömrünün son on ilində əsasən Mumbay yaxınlığındakı Əlibaqda çalışmışdır və hazırda onun çoxsahəli əsərlərinin yerləşdiyi Daşrat Patel Muzeyi burada yerləşir.
İstinadlar
Xarici keçidlər
"Dashrath Patel Profile, Interview and Artworks" Dashrath Patel Museum, website Works by Dashrath Patel National Institute of Design