Ayfər Tunc (2 mart 1964, Adapazarı) — türk yazıçı, redaktor və ssenaristdir.https://teis.yesevi.edu.tr/madde-detay/ayfer-tunchttps://birikimdergisi.com/kisiler/ayfer-tunc/6985

Həyatı Ərənköy Qız Liseyini bitirdikdən sonra İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsini bitirmişdir. Universitet illərində müxtəlif ədəbiyyat və mədəniyyət jurnallarında yazılarla çıxış etməyə başlamışdır. Ədəbiyyat sahəsində ilk yazıları 1983-cü ildən etibarən müxtəlif dərgilərdə dərc olunmuşdur.

1989-cu ildə jurnalistikaya başlamış, Sokak jurnalı, Günəş və Yeni Yüzyıl qəzetlərində çalışmışdır. Elə həmin il "Gizli" adlı hekayəsi ilə Cumhuriyet qəzetinin Yunus Nadi Ödüllerinə layiq görülmüşdür.

1999–2004-cü illərdə Yapı Kredi Yayınlarında nəşr direktoru vəzifəsində çalışmışdır. 2001-ci ildə nəşr olunan "Etirazınız yoxdursa, anamgil sizə gələcək" adlı əsəri 2003-cü ildə altı Balkan ölkəsinin iştirakı ilə keçirilən "Balkanika Ədəbiyyat Mükafatını" qazanmış və əsərin altı Balkan dilinə tərcümə olunmasına qərar verilmişdir.https://www.hurriyet.com.tr/gundem/tunca-balkanika-odulu-38614183

2003-cü ildə Səid Faiqin hekayələrindən ilham alaraq yazdığı "Havada bulud" adlı ssenari əsasında film çəkilmiş və TRT-də yayımlanmışdır.https://www.soylentidergi.com/sait-faikin-havada-bulutu/ Bundan əlavə, Aliye və Binbir Gece televiziya seriallarının ssenari heyətində yer almışdır.

Yaradıcılığı

Hekayə və romanlar Gizli (Saklı) – hekayə

Qapaq Qızı (Kapak Kızı) – roman

İkiüzlü seksuallıq (İkiyüzlü Cinsellik) – araşdırma (Oya Ayman ilə birlikdə)

Mağara dostları (Mağara Arkadaşları) – hekayə

Aziz bəy hadisəsi (Aziz bey hadisesi) – hekayə

Etirazınız yoxdursa, anamgil sizə gələcək (Bir Maniniz Yoksa Annemler Size Gelecek) – xatirə

Daş – Kağız – Qayçı (Taş – Kağıt – Makas) – hekayə

Əvvəlotel (Evvelotel) – hekayə

Buna Ömür Deyirlər (Ömür Diyorlar Buna) – xatirə

Bir dəlixananın yalan-yanlış anladılan qısa tarixi (Bir Deliler Evinin Yalan Yanlış Anlatılan Kısa Tarihi) – roman

Yaşıl pəri gecəsi (Yeşil Peri Gecesi) – roman

Suzan Dəftər (Suzan Defter) – roman

Dünya ağrısı (Dünya Ağrısı) – roman

Aşiqlər dəlidir, yaxud yazı-tura (Âşıklar Delidir ya da Yazı Tura) – roman

Osman (Osman) – roman

Quru qız (Kuru Kız) – roman

Anamın lunatik gecələri (Annemin Uyurgezer Geceleri) – roman

Ssenarilər Yuxu, gerçəklik və bir də kino (Düş, Gerçek, Bir de Sinema)

Usta (Usta)

72-ci Koğuş (72. Koğuş)

İstinadlar Kateqoriya:Türkiyə romançıları Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XXI əsr Türkiyə qadınları