Təfsir əl-Bəyzavi () və ya Ənvərüt-tənzil və əsrarüt-təvil () — Abdullah əl-Bəyzavinin Quran təfsiri.

Əsər Təfsirin yazılmasında Bəyzavinin müəllimi Məhəmməd ibn Məhəmməd əl-Kühcaninin mühüm təsiri olmuşdur.

Təfsir ortahəcmli bir əsər olub, təfsirdə rəvayət və dirayət metodlarından birlikdə istifadə edilmişdir. Ayələr təfsir edilərkən digər ayələrə, hədislərə, səhabə və tabiin fikirlərinə müraciət edilmişdir. Bu ifadələrdən zəif olanları "qilə" və ya "ruviyə" sözləri ilə bildirilmişdir. Təfsirdə İsrailiyyatdan bəzi rəvayətlərə də yer verilmişdir. Əsərdə keçmiş müfəssirlərin fikirləri xülasə edilmiş və bu fikirlərə bəzən ərəb şeiri ilə istişhad edilərək, dil qaydaları və əqli istidlallara əsaslanaraq nümayiş etdirilən yeni görüşlər əlavə edilərək dirayət metodundan istifadə edilmişdir. Bunlar da müəllifin təfsir elmindəki dərin biliyini nümayiş etdirən nüanslardır. Etiqadi məsələlərlə bağlı ayələrin təfsirində isə Mötəzilə və Əhli-Sünnə arasındakı ziddiyyətlərə toxunulmuş və ümumi olaraq Əhli-Sünnənin görüşləri məqsədəuyğun hesab edilmişdir. Əsərin əsas istinad mənbələri Zəmaxşərinin "əl-Kəşşaf"ı, Fəxrəddin ər-Razinin "Məfatihül-Qeyb"i və Rəqib əl-İsfahaninin "əl-Müfrədat"ıdır.

Əsər dəfələrlə İstanbulda, Qahirədə, Mumbayda, Ləknəvdə və Leypsiqdə nəşr edilmişdir.

Həmçinin bax

Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:2016-cı ilin kitabları Kateqoriya:Sünni təfsirləri