Leo Silard (, doğum adı: Leo Şpits; ) — Macarıstan əsilli amerikalı fizik, bioloq və ixtiraçı. O, nüvə fizikası və biologiya elmləri sahəsində çoxsaylı mühüm kəşflərin müəllifidir. Silard 1933-cü ildə zəncirvari nüvə reaksiyası ideyasını irəli sürmüş və 1936-cı ildə bu ixtirasını patentləşdirmişdir.
1939-cu ilin sonlarında o, atom bombasının yaradılması ilə nəticələnən "Manhetten layihəsi"nin təməlini qoyan və Albert Eynşteynin imzası ilə göndərilən məşhur məktubu yazmışdır. Lakin 1945-ci ildə o, prezident Harri Trumenə ünvanlanmış "Silard petisiyası"nı hazırlayaraq, bombanın mülki əhaliyə zərər vermədən nümayiş etdirilməsini tələb etmişdir. Györgi Marksın sözlərinə görə, o, "Marslılar" (The Martians) kimi tanınan macarıstanlı alimlərdən biri idi.
Silard ilkin olaraq Budapeştdəki Palatin Cozef Texniki Universitetində təhsil alsa da, Birinci Dünya müharibəsi zamanı Avstriya-Macarıstan ordusunda xidmət etdiyi üçün mühəndislik təhsili yarımçıq qalmışdır. 1919-cu ildə Macarıstanı tərk edərək Almaniyaya yollanmış və Berlin-Şarlottenburq Texniki Ali Məktəbinə (indiki Berlin Texniki Universiteti) daxil olmuşdur. Lakin mühəndislik sahəsindən uzaqlaşaraq Fridrix Vilhelm Universitetinə keçmiş və orada fizika üzrə təhsil almışdır.
O, doktorluq dissertasiyasını istilik və statistik fizika fəlsəfəsinin uzunmüddətli tapmacası olan "Maksvell şeytanı" mövzusunda yazmışdır. Silard termodinamika ilə informasiya nəzəriyyəsi arasındakı əlaqəni dərk edən ilk görkəmli alim hesab olunur.
İstinadlar
Xarici keçidlər
Leo Szilard Onlinean "Internet Historic Site" (first created March 30, 1995) maintained by Gene Dannen Register of the Leo Szilard Papers, MSS 32, Special Collections & Archives, UC San Diego Library. Leo Szilard Papers, MSS 32, Special Collections & Archives, UC San Diego Library. Lanouette/Szilard Papers, MSS 659, Special Collections & Archives, UC San Diego Library. 2014 Interview with William Lanouette, author of "Genius in the Shadows: A Biography of Leo Szilard, the Man Behind the Bomb." Voices of the Manhattan Project Einstein's Letter to President Roosevelt1939 The Szilard Library at the European Molecular Biology Laboratory Szilard lecture on war Einstein and Szilard re-enact their meeting for the film Atomic Power (1946) The Many Worlds of Leo Szilard, an invited session sponsored by the APS Forum on the History of Physics at the APS April Meeting 2014, speakers discuss the life and physics Léo Szilárd. Presentations by William Lanouette (The Many Worlds of Léo Szilárd: Physicist, Peacemaker, Provocateur), Richard Garwin (Léo Szilárd in Physics and Information), and Matthew Meselson (Léo Szilárd: Biologist and Peacemaker) Leo Szilard on IMDb Entry at isfdb.org
Kateqoriya:11 fevralda doğulanlar Kateqoriya:1898-ci ildə doğulanlar Kateqoriya:Budapeştdə doğulanlar Kateqoriya:30 mayda vəfat edənlər Kateqoriya:1964-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Macarıstan fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:Macarıstan ixtiraçıları Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:Berlin Humboldt Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Kerepeşi məzarlığında dəfn olunanlar Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Nüvə fizikləri