İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir.

Tarixi Universitet klubu olduğu illər "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi. Universitet komandasının uğurlarının davamlı olması onun peşəkar kluba çevrilməsi üçün də gözəl zəmin yaratdı.

Peşəkar voleybol komandası kimi 250px|thumb|right|Azərbaycan Superliqasında "Rabitə" – "İqtisadçı" oyunu. Bakı, 26.04.2009 "İqtisadçı" klubunun lisenziyası 2008-ci ilin yayında peşəkar voleybol komandası kimi rəsmən təsdiq edilmişdi. Ancaq bu peşəkar komandanın peşəkar səviyyədəki ilk çıxışı 2006-2007 mövsümünə təsadüf edir. Bu mövsümdə iqtisadçılar Azərbaycan voleybolunda ikinci səviyyəli liqa sayılan (hal-hazırda mövcud olmayan) Qadınlar birinci liqasında iştirak etmişdi. Rəqiblərindən açıq-aşkar güclü olan komandanın liqanı qalib başa vurması da təsadüf olmadı. Bu nailiyyət sayəsində komanda 2007-2008 mövsümündə yüksək liqada çıxış etmək hüquq qazandı. Bu isə 2007-ci ildən etibarən qadın voleybol liqamızda dörd komandanın iştirak edəcəyindən xəbər verirdi.

2007-2008 idman mövsümü tələbələr üçün heç də uğursuz keçmədi. Superliqada dörd komanda içində sonuncu yeri tutmasına baxmayaraq növbəti mövsüm avrokuboklarda oynamaq şansı əldə etmişdilər. Komanda 2008-ci ildə Çağırış kubokunda iştirak edərək Azərbaycanı beynəlxalq arenada təmsil edən üçüncü voleybol klubu kimi tarixə düşmüşdü. Ancaq, tələbələrin avrokuboklardakı debütü uğurlu alınmadı. Belə ki, Bakı klubu turnirə ikinci mərhələdən start verməsinə baxmayaraq irəlidəki turları görə bilmədi. Halbuki, rəqib də keçiləsi komanda idi. Püşk tələbələrin üzünə gülmüş və onların qarşısına Avropada elə də tanınmayan Kipr klubu AEL Limassolu çıxartmışdı.Challange cup 2008 first leg vivovolley.net Mərhələnin ilk oyununda Bakıda rahat qalib gələn klub gözlənilməz qərarla üz-üzə qaldı. Qərara əsasən, İqtisadçının qalibiyyəti ləğv edilmiş və kiprlilərə 3-0 hesablı texniki qalibiyyət verilmişdi.2008-2009 challenge-cup wyniki.siatka.org Buna səbəb isə İqtisadçının qeyri-qanuni olaraq iki voleybolçunu (Avropa Voleybol Konfederasiyasına göstərilən siyahıda adı olmayan voleybolçuları) oynatması idi. Səfərdəki görüşə psixoloji cəhətdən zəif çıxan komanda rəqibindən set ala bilməmiş və Çağırış kuboku ilə erkən vidalaşmışdı.

Avropada tanındığı illər 2010-11 mövsümündə Çağırış Kuboku turnirində yarımfinala qədər irəliləyib. Yalnız bu mərhələdə Azərbaycanın digər bir voleybol klubu Lokomotivə məğlub olaraq turniri üçüncü bitirib. Qeyd edək ki, həmin mövsüm turnirin qalibi Azərbaycanın digər bir komandası "Azərreyl" olmuşdu.

2011-12 mövsümü İqtisadçı üçün biabırçı keçdi. Heç bir CEV turnirinə vəsiqə qazana bilməyən komanda mövsümün sonunda italyan məşqçi Micele Patoia ilə yollarını da ayırdı. Buna səbəb tələbələrin ölkə çempionatında ilk üçə belə girə bilməməsi idi.

Azərbaycan Superliqası 2012-13 mövsümündə Azərreyllə birlikdə 2-ci yeri tutaraq CEV Qadınlar Çempionlar Liqasına vəsiqə qazanan komanda bu turnirdə iştirak edən 5-ci Azərbaycan klubu oldu. Digər 4 klub isə yuxarıda sadalanan böyük beşlik klublarıdır. Elə ilk mövsümdəcə Çempionlar Liqasında qrup mərhələsini adlaya bildi iqtisadçılar. İqtisadçı -B- qrupunda River Volley Pyaçentsa (İtaliya), Dinamo Moskva (Rusiya), və Srvena Zvezda Belqrad (Serbiya) klublarına rəqib oldu. İlk Çempionlar liqası macərası 2013-2014 mövsümündə Çempionlar liqasına düşdükdən sonra İqtisadçıda köklü dəyişikliklər oldu. Klub Manon Flier kimi məşhur oyunçunu əzəli rəqibi Azərreyldən transfer etdi. Avropa ikincisi olmuş Hollandiyalı isə ilk gündən kluba böyük xeyir verəcəyini göstərdi. O, edilən transferlər içində ən faydalısı olduğunu dəfələrlə gərgin oyunlarda sübut etdi və komandanın liderinə çevrildi. Qeyd edək ki, Manon daha öncə 2009 Avropa Çempionatında ən dəyərli oyunçu mükafatını qazanmışdı. İqtisadçının ikinci ən dəyərli transferi Çinin "Shanghai Volleyball" komandasından alınan 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yun Ven Ma olmuşdur. 28 yaşlı voleybolçu ümidləri doğrulda bilmədi və əsas heyətdə yerini itirdi. Bunun məntiqi nəticəsi kimi 2014-cü ilin fevralında Yun Venin müqaviləsi qarşılıqlı olaraq rədd edildi. "İqtisadçı"nın üçüncü ən böyük transferi isə Polşanın "Bank Fakro" komandasından alınan italyan voleybolçu Valentina Serena idi. Yun Ven kimi o da gözləniləni verə bilmədi və Çempionlar liqası kimi vacib turnirlərdə start heyətdə yer tapa bilmədi. Baş məşqçilik postuna isə yenidən Bülənt Karslıoğlu gətirildi. O, tailandlı məşqçi Kiattipong Radchatagriengkai əvəz etdi.Igtisadchi has a new coach Amma türk mütəxəssis heyətdəki tailandlı oyunçulara dəymədiTailand millisin 4 voleybolçusu İqtisadçıdandır. və əksinə daha bir neçə asiyalı voleybolçunu heyətə qatdı.“İqtisadçı” asiyalı voleybolçu ilə müqavilə bağlayıb az.apa.az Bunun məntiqi nəticəsi kimi kapitan da Tailand seçməsinin üzvü Vilavan Apinyaponq oldu“İqtisadçı”nın kapitanı Vilavan Apinyaponqla müsahibə apasport.az və klub heyətini tam formalaşdırdıqdan sonra Çempionlar liqasına hazır oldu...İdman Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol komandası heyətini formalaşdırmaqda davam edir azertag.com

Çempionlar liqasının qrupunda yalnız "Srvena Zvezda"nı qabaqlayan universitet klubu qrupun üçüncüsü oldu.Volleyball Women's Champions League 2013/2014 the-sports.org Ancaq bu yer İqtisadçıya qrupdan çıxmaq üçün kifayət etmirdi. Növbəti mərhələyə adlayan klublardan olan Rabitə “Dördlər finalı”na ev sahibliyi etmək hüququ qazandığından birbaşa yarımfinal mərhələsinə yüksəldiBakı ikinci dəfə qadın voleybolçular üzrə Çempionlar Liqası yarışının “Dördlər finalı”na ev sahibliyi edəcək və onun boş qalan playoff vəsiqəsinə qrup üçüncüləri namizəd oldular. Xoşbəxtlikdən namizədlər içərisində ən çox xal toplayan komanda İqtisadçı oldu və iqtisadçılar 1/6 final mərhələsinə vəsiqə qazandılar."İqtisadçı" play-off-da! sportnews.az Püşkatmada iqtisadçıların bəxti gətirmədi və rəqibləri turnirin son qalibi, 69 oyunluq məğlubiyyətsizlik seriyası olan,Vakıfbank 69 maçtır yenilmiyor kralspor.ensonhaber.com dünya çempionu və rekordçusu VakıfBank oldu.Avropanın ən yaxşısı rəqibimiz oldu apasport.az Güclü rəqibinə hər iki görüşdə məğlub olan tələbələrin ilk Çempionlar Liqası macərası erkən bitdi.İqtisadçı Vakıfbanka belə məğlub oldu azerisport.com Vakıfbank seriyi sürdürdü spor.haberturk.com VakıfBank, Igtisadchi Bakü'ye set vermedi voleybolmagazin.com

Qızıl dövrün başlanğıcı İqtisadçı Çempionlar liqasındakı uğurlu çıxışından sonra tamamilə ölkə çempionatına kökləndi. Superliqada 2013-14 mövsümünü doqquz qələbə və altı məğlubiyyətlə bitirən komanda sonda qazandığı 34 setlə "Rabitə" və "Azəryol"un ardından üçüncü yeri tutdu.Super League Women 2013/2014 Standings sportstats.com Reqlamentə əsasən ilk dörd yeri tutan komandalar "pley-off"a vəsiqə qazandığından komanda yarımfinalda liqa üsulu ilə keçirilən mövsümün ikincisi olan Azəryola rəqib oldu.Federasiyadan növbəti dəyişiklik olimpnews.az Hər iki görüşdə rəqibinə məğlub olan tələbələr final şanslarını itirdilər.Azəryol və Rabitə finala yüksəldi azerisport.com Acı məğlubiyyətdən sonra "Azərreyl"ə üçüncülük matçına çıxmalı olan komanda tez bir zamanda özünü toplaya bildi. Burada ilk qarşılaşmanı 3-1"İqtisadçı" "Azerreyl"ə qalib gəldi otv.az digər iki görüşü isə quru hesabla"Rabitə" və "İqtisadçı"dan növbəti qələbə apasport.az qalib bitirən iqtisadçılar yekunda Azərbaycan çempionatının bürünc medallarına yiyələndilər."Rabitə" çempion, "İqtisadçı"sa üçüncü oldu online.ekspress.az Superliqa: "Rabitə çempion oldu, "İqtisadçı" 3-cü yeri tutdu gun.az

Bu bürünc medal artıq İqtisadçıda yeni dövrün başlandığının bariz nümunəsi idi. Artıq komanda hədəflərinin nə qədər böyük, uğurlarının isə təsadüf olmadığını sübut etmişdi. Belə ki, Azərreyllə oynanılan qarşılaşma tək medal qarşılaşması deyil həm də Çempionlar liqasına bilet şansı idi."Azəryol"la "Rabitə" yenə ÇL-də online.ekspress.az Bu şansdan maksimum istifadə edən komanda 2014-15 Çempionlar Liqasındakı yerini təmin etdi.Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər Belə ki, mövsüm boyu zədəli oyunçularla mübarizə aparan komanda liberosuz bu uğura nail ola bilmişdi. Komandanın hər iki liberosu Lenka Dürr və Vanna Buakeva zədəli olduğundan İqtisadçı mövsümün son oyunlarında əlavə oyunçulardan istifadə etdi.Bülənt Karslıoğlu: Zədəlilər olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik apasport.az Sayca üçüncü bürüncünə yiyələnən“İqtisadçı” üçləri qoşalaşdırdı apasport.az tələbələrin sevincinə ikinci komandası da çıxdı. Belə ki, İqtisadçının əvəzedici komandası da mövsümü ikinci sırada bitirərək gümüş medalları boynundan asmışdı.“Azəryol” Azərbaycan çempionu olduapasport.az

Komandanın atributları Loqosu

Emblem 2008-ci ildə yaradılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi loqosunun üzərinə azərbaycanca və ingiliscə İqtisadçı Voleybol Klubu yazılmışdırAzerbaijan State Economic University (ASEU) . Emblemin içərisində Azərbaycan bayrağının rənglərinə boyanmış səkkizguşəli ulduz milli mentalitetimizi əks etdiririr. Ulduzun içərisində olan Ay-ulduz bütün türk dünyasının simvolu sayılırQızılbaşlıq və ay-ulduz təsviri . Nəzərə çarpacaq qədər görünən Yer kürəsi və kitab rəsmi isə elm, tədris simvoludur. Bütün bunlar isə İqtisadçının universitet komandası olmasından xəbər verir.

Rəsmi himni thumb|189px|Iqtisadçı Bakı VK-nın rəsmi mahnısı

Fan-klubu Azarkeş sayına görə ölkədə birinci olan İqtisadçılarazarkeş sarıdan ölkənin ən böyük klubu statusu daşıyan "tələbələr"in oyunçu azlığından əziyyət çəkməsi qeyri-peşəkar idarəetmədən xəbər verir archive.is dolu tribunalar qarşısında oynamaq alışqanlığı yaradıblar. Bu mənada ilk fan-klubun yaradılmasına 2014-cü ildə cəhd edilmişdir.ADİU-nun “İqtisadçı” voleybol komandası rəsmi fan-klubu yaradır! aseu.az

Meydançası

Komanda ev oyunlarını Bakı Voleybol Mərkəzinda keçirmişdir. Superliqadakı əksər oyunlar və Çempionlar Liqasındakı klublarımızın ev oyunları da bu arenada təşkil olunurdu. Meydança hazır olmadıqda isə komandalar yardımçı arenalardan Sərhədçi İdman Olimpiya Mərkəzi və Bakı Kristal Zalından (azərkeşlərin sayı çox olduqda) istifadə edirdilər. Tələbələr də eyni qayda ilə bu meydançalarda ev sahibi ola bilib.İki klubumuz Voleybol Mərkəzində biri isə Sərhədçidə oynayacaq olimpiya.az

Heyəti Əsas heyət

2013-14 mövsümü üçünAzərbaycan Voleybol Federasiyası avf.az Son yenilənmə: 1 mart 2014Squad of "Igtisadchi BAKU" cev.lu thumbnail|Komandanın liberosu Vanna Buakeva