1 May adına fəhlə klubu — Azərbaycanda, Bakı şəhərində, Sabunçu rayonunun Zabrat ərazisində yerləşən fabrik-mətbəx. Hazırda xaraba halındadır.
Tarixi Bakı şəhərində, Sabunçu rayonunun Zabrat ərazisində yerləşir. 1930-cu ildə Konstantin Sençixin tərəfindən diplom işi kimi dizayn edilmişdir. Bu, onun ilk əsəri idi.
2020-ci illərdə "Vətəndaş" İctimai Birliyi bu binanı memarlıq abidələri reyestrinə əlavə etməyi tövsiyə etmişdi. Buna baxmayaraq, təşkilatın bu tikiliyə səfərlərindən birində mühafizəçi onların binanın şəxsi mülk olduğunu iddia edərək şəklini çəkməsinə mane olmağa çalışmışdı. İctimai birliyin sədri Abdul Hüseynov bildirmişdir ki, "tarixi binanın qoyun və keçi tövləsinə çevrildiyini gizlətmək mümkün deyil".
İstinadlar
Kateqoriya:Fabrik-mətbəxlər Kateqoriya:Zabrat Kateqoriya:Azərbaycan fabrikləri