Leonid Sarı-sep Konzıçakov (; ) — Altay mütəfəkkiri, tədqiqatçı, ictimai-siyasi xadim. 1921-ci ildən Ümumittifaq Kommunist Partiyasının (B) üzvü (02.1921-ci ildən namizəd)
Həyatı
Leonid Sarı-sepin etnik mənsubiyyəti bilinmir. Lakin bəzi mənbələrə görə onun şor olduğu düşünülür.“Əmlak vəziyyəti: yoxsul, daşınmaz əmlakı, mal-qarası və ya atı yoxdur”. Ana dili: "Altay". Bir sıra sənədlərdə o, "Oyrot" kimi xatırlanır, baxmayaraq ki, özü bunu sorğu vərəqlərində göstərməmişdir.КОНЗЫЧАКОВ (КАНЗАЧАКОВ, САРЫ-СЭП) Леонид Алексеевич. ЦентрАзия. https://centrasia.org/person2.php?st=1637923451#gsc.tab=0
Atası Aleksey Kanzaçakov 1886-cı ildə Biysk Katexetik Məktəbini bitirib, müəllim və keşiş kimi çalışıb. 1891-ci il aperlin 14-də Rusiya Federasiyasının, Altay diyarının, Biysk dairəsinin Qara Anuy kəndində (digər məlumata görə Maralıxa Oqnevskoy kəndi) anadan olub. 1903-cü ildə Leonid Tomsk İlahiyyat Seminariyasına daxil olub, orada bir il oxuyub, sonra təhsilini yarımçıq qoyub. 1904-cü ilin sentyabrında Biysk Katexetik Məktəbinə daxil olub, amma bitirməyib. 1905-ci ildə L. Kanzaçakov Ust-Kanda tacir Mokinin yanında fermer şəyirdi, sonra Katanda kəndindəki tacir S.Çekantsevin yağ fabrikində süd yığıcısı, daha sonra Çeluxoevski kəndindəki Baçatski missioner düşərgəsində məzmur oxuyucusu kimi çalışıb. .Использованы материалы статей д. юр .н. Д. И. Табаева, к.и.н. Г.П.Самаева С. н. с. отдела истории В. Я. Кыдыева. Лекция «Леонид Алексеевич Сары-Сэп-Канзачаков (1891–1937) и его роль в образовании Ойротской автономной области». https://www.musey-anohina.ru/index.php/posetitelyam/afisha/item/379-leonid-alekseevich-sary-sep-kanzachakov-1891-1937-i-ego-rol-v-obrazovanii-ojrotskoj-avtonomnoj-oblasti .
1909-cu ildə L.A.Kanzaçakov 18 yaşında isə imtahan verərək Tomsk Müəllimlər Seminariyası kursu üçün xarici imtahandan uğurla keçir. Tomsk Müəllimlər Seminariyasından məzun olmaq haqqında sertifikat aldıqdan sonra Ust-Kan kəndindəki missioner məktəbində iş tapır. Müəllimlik karyerasını bitirdikdən sonra kənd katibi kimi işləmək üçün Ust-Kana köçür. Məktəbi bitirib Ust Kan kəndinə gedən Leonid Alekseyeviç oradadı ilahiyyat məktəbində müəllim, partizanların karkuzarı işləyir. Birinci Dünya Müharibəsi başlayanda onu cəbhəyə göndərirlər. Sıravi əsgər, 11-ci Ordunun 5-ci Sibir Atıcı Korpusunun 24-cü Sibir Atıcı Alayında pulemyot dəstəsinin serjantı rütbəsində xidmət etmişdir (1915 - oktyabr 1917).
İctimai-siyasi fəaliyyəti 1917-ci il Oktyabr çevrilişindən sonra evlərinə dönən Leonid Alekseyeviç Qriqori Qurkinlə (Çoros-Qurkin) tanış olur və Altay Dağ Mədən Dumasına təlimatçı, az sonra isə həmin təşkilatın Kuznetsk şöbəsinə sədr təyin edilir. Boleviklərin gəlişindən sonra onlarla əməkdaşlıq edən Leonid Alekseyeviç Sarı-Sep Konzıçakov Altay Quberniya İcrayə Komitəsində milli məsələ şöbəsinin müdir müavini və müdiri işləyir. “Jizn Natsionalnostey” jurnalında altaylıların muxtariyyatı haqqında bir neçə məqalə çap etdirir. «Ӧй. Бичиичи. Бичик». https://nbra.ru/developments/novosti/1506-j-bichiichi-bichik .
Biysk rayonunda Zemstvo yığıncağına seçkilər üzrə təlimatçı (təxminən 1917-18); Sibiryaçixa volostunun və Oqnevskaya volostunun volost və kənd katibi (1918-20) seçilir. Altayda türk xalqlarının muxtar dövlətinin yaradılması üçün hazırladığı layihələri Sibir Diyar İcraiyyə Komitəsinə, Rusiya Kommunist (bolşeviklər) Partiyasının Təşkilat Bürosuna, RSFSR Xalq Millətlər Komissarlığına, Umumrusya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə, Xalq Komissarlar Sovetinə və b. göndərir, “Altay Respublikası”, “Oyrat Xalqının Muxtar Vilayəti” layihələrini müdafiə edir. İosif Stalinlə məsələni geniş müzakirə edir. Onun hazırladığı layihədə keçmiş Biysk, Kuznetsk və Minusinsk qəzalarının ərazisinin bir inzibati vahiddə birləşdirilməsi, sahəsi 195,7 min kvadrat kilometirlik bir respublika yaradılması təklif edilirdi. Əhalisi 208,7 min nəfər olan bölgədə 135,6 min nəfər Sibir türkü yaşadığı göstərilirdi.Тенгереков И., 2016:15 aprel, https://www.zvezdaaltaya.ru/2016/04/l-a-sary-syep-kanzachakov-mysli-ob-avton/ Altay dağlarında sovet hakimiyyətinin qurulması zamanı Altay quberniyasının millətlər üzrə idarəsinin rəisi kimi milli idarəetmə orqanlarının işini təşkil etmiş, Sibir və Rusiya səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir.
29 oktyabr 1921-ci ildə L.A. Kanzaçakov Altay xalqının nümayəndəsi olaraq RSFSR Millətlər üzrə Xalq Komissarlığının idarə heyətinin iclasında iştirak etdi və orada "RKP(b) Mərkəzi Komitəsinin Sibir Bürosunun Altay Muxtariyyəti məsələsi üzrə rəyi" nəzərdən keçirildi. O. Y. Karklinin RKP(b) Mərkəzi Komitəsinin Sibir Bürosunun rəyi barədə hesabatını dinlədikdən sonra idarə heyəti Mirsəid Sultan-Qaliyev, Q.Q. Klinger və A.O. Plixdən ibarət Altay Muxtariyyəti məsələsini araşdırmaq üçün komissiya yaratdı. 4 noyabr 1921-ci ildə Mirsəid Sultan-Qaliyevin sədrliyi ilə komissiyanın iclası keçirildi. Aşağıdakılar nəzərdən keçirildi: 1. Muxtar qurumun yaradılması haqqında qısa hesabat. 2. RKP(b) Mərkəzi Komitəsinin Sibir Bürosunun rəyi. 3. L.A. Sarı-sep Kanzaçakovun bu məsələ ilə bağlı təqdim etdiyi materiallar.
Komissiya təqdim olunmuş sənədləri araşdırdı, Altay xalqının nümayəndəsi L.A. Sarı-sep Kanzaçakovun RKP(b) Sibir İnqilab Komitəsinin rəyinə etirazlarını dinlədi və qərara gəldi ki, "RKP(b) Sibir İnqilab Komitəsinin... muxtar qurumun yaradılmasına qarşı heç bir arqumenti... inandırıcı və ya əsaslı hesab edilə bilməz". Komissiya təklif olunan "bölgəyə" Oirat-Xakasiya adının verilməsini təklif etdi. 10 noyabr 1921-ci ildə RSFSR Millətlər üzrə Xalq Komissarlığının idarə heyətinin iclasında Qustav Qasparoviç Klinger "komissiyanın Sibir İnqilab Komitəsinin və Sibir İnqilab Komitəsinin rəyi ilə razılaşmadığını və Altay xalqlarının nümayəndəsinin təklifini tam dəstəklədiyini" bildirən hesabat təqdim etdi. Leonid Alekseeviç Sarı-sep Kanzaçakov Altay muxtariyyəti məsələsini araşdıran komissiyanın sədri kimi idarə heyətinin işində iştirak etdi. İdarə heyəti qərarını verdi: "Komissiyanın rəyi ilə razıyam və muxtar qurumun yaradılması məsələsini RKP(b) Mərkəzi Komitəsinə təqdim edirəm". 11 noyabr 1921-ci ildə L.A. Kanzaçakov Millətlər üzrə Xalq Komissarı İ.V. Stalindən RCP(b) Mərkəzi Komitəsinin Sibir Bürosuna ünvanlanmış və təklif olunan muxtar qurumun yerli əhalisinin iclasının çağırılmasına kömək edilməsini xahiş edən məktub göndərməsini xahiş etdi.И.С. Тенгереков. «Звезда Алтая». Л.А. Сары-сэп Канзачаков: мысли об автономии. https://zvezdaaltaya.ru/2016/04/l-a-sary-syep-kanzachakov-mysli-ob-avton/
1921-ci il dekabrın 15-dən 23-dək Moskvada keçirilən Türk Xalqlarının Ümumrusiya Konfransı onun həyatında mühüm mərhələ oldu. Sarı-Sep konfransda Altqubnatların işi haqqında məruzə ilə çıxış etdi və Millətlər Komissiyasına seçildi. 1922-ci ilin iyununda Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi "Oyrat Xalqının Muxtar Vilayəti haqqında" fərman verir və Sarı-Sep Konzıçakov Diyar İnqilab Komitəsinin sədr müavini təyin edilir. Lakin onun bu vəzifədə qalması uzun sürmür. 1922-ci il dekabrın 22-də onu işdən çıxarırlar. Kominternin üzvü olan Sarı-sep Konzıçakov özlərini kommunist adlandıran bolşeviklərin Rusiyanın müstəmləkəçilik siyasətini davam etdirməkdən əl çəkmədiklərini görür. İnadkarlığına görə 1924-cü ildə onu millətçilikdə suçlayaraq kommunist partiyasının üzvlüyündən çıxarır və vəzifəsindən uzaqlaşdırırlar. Bölgədə Sarı-sep Konzıçakov kimi yüksək bilikli, bölgəni yaxşı tanıyan və vətənpərvər kadırlara böyük ehtiyac olmasına baxmayaraq o, Altay vilayətindəki kənd məktəblərində müəllim işləyəyir. 1928-ci ildə isə onu yenidən Kommunist partiyası sıralarına qəbul edir, 1929-cu il yanvarın 1-dən Oyrat Vilayət İcrayə Komitəsinin təşkilat şöbəsinə müdir və yeni nəşrə başlayan “Krasnaya Oyrotiya” qəzetinə redaktor müavini təyin edirlər. Sarı-sep Konzıçakovu partiyaya bərpa edib, vəzifə versələr də o, mübarizəsindən geri çəkilmir. Hökümət tərəfindən etibarsız sayılan millətsevər kadırları işə götürür, müxtariyyat uğrunda mübarizədən geri çəkilməyən partiya-sovet rəhbərləri, aydınlarla görüşüb mübarizə proqramı hazırlayır. 1934-cü ilin fevralında onu pantürkizmdə suclayaraq həbs etsələr də ittihamı təkzib edə bilir. 1935-ci ildə onu "məişət cinayətinə" görə həbs edirlər. 1936-cı ildə həbsdən azad edilsə də həmin ilin may ayının 21-də "əksinqilabi millətçi üsyançı təşkilatın" üzvi kimi həbs edərək onu RSFSR Cinayət Məcəlləsinin 58-1, 58-2 maddələri ilə mühakimə edirlər. Sarı-sep Konzıçakovun mübarizə yoldaşları Q.Çoros-Qurkinin, N.Mecit-İvanovun, İ.Alaqızovun, S.Safarovun, P.Xabarovun və M.Borisov-Kuçubayevin istintaq işi 1937-ci ilin oktyabrın 4-də tamamlanır və 14.10.1937-ci ildə hamısını güllələyirlər. 1956-cı ildə isə hamısına bəraət verirlər.
Digər fəaliyyətləri O, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin "Oirot xalqının muxtar vilayəti haqqında" fərmanının, 1921-ci ildə "Millətlərin həyatı" qəzetində dərc olunmuş "Altayın cənubunun yerli əhalisi" məqaləsinin və 1931-ci ildə nəşr olunmuş "Temdes (Kuuchun)" hekayələr toplusunun müəllifidir.
Onun haqqında 1920-ci illərdən arayış: "Leonid Alekseeviç mənşəcə Altaylıdır, Altay dilində yaxşı danışır və Qubnatsda son dərəcə dəyərli işçi hesab olunur. Qubnatsda işlədiyi müddətdə millətlər arasında işləməyə müstəsna maraq göstərən və bu istiqamətdə enerjili çalışan yeganə işçi idi. O, birbaşa Altay əyalətinin ən geridə qalmış kütlələrindən gələn güclü bir insan kimi təsvir olunur. O, olmalıdır ki...".Александр Санович Тадыжеков https://gornoaltaysk.bezformata.com/listnews/chasi-sari-sepa-konzichakova/12533365/ Тенгереков И.С. https://www.zvezdaaltaya.ru/2016/04/l-a-sary-syep-kanzachakov-mysli-ob-avton/ Leonid Sarı-sepin həyatı xalqının müstəqilliyinə nail olmaq arzusu ilə dolu idi. Ailəsi haqqında demək olar ki, heç bir məlumat tapılmayıb. Məlumdur ki, o, "birinci sinif məktəbində müəllimə" olan Anna Efimovna Sarı-sep-Konzıçakova ilə evli idi.
Sarı-sep Konzıçakov siyasətdən kənarda da özünü göstərdi. Ədəbi istedada malik olan Sarı-sep Altay dilində qısa hekayələr yazırdı. 1931-ci ildə onun "Temdeş" hekayəsi kitab şəklində nəşr olundu. O, bölgədəki məktəblər üçün dərsliklərin yaradılmasında və nəşrində iştirak etmişdir.
İstinadlar
Ədəbiyyat
Кудирмекова Н. М. Л. А. Сары-Сэп Конзычаков в истории образования Алтая и Кузбасса // Родник . - 2016. - 14 апр. (№14). - С. 14. Кыдыев В. Сары-Сэп Канзычаков ло оныҥ кереги // Алтайдыҥ Чолмоны. - 2019. - 2 июль (№48). - С. 8-9. Кыдыева В. Я. Сары-Сэп Конзычаковтыҥ алтайлардыҥ автономиязы учун тартыжузы // Алтайдыҥ Чолмоны. - 2016. - 14 апр.(№65/67). - С. 6. Табаев Д.И. Г.И. Чорос-Гуркин ле Л.А. Сары-Сэп Канзачаков - автономияныҥ тӧзӧӧчилери: текши салымы, керектери // Алтайдыҥ Чолмоны. - 2020. - 27 окт. (№80). - С. 8, 9. Табаев Д. И. "Ойротияныҥ эҥ тыҥ ишчилериниҥ бирӱзи" // Алтайдыҥ Чолмоны. - 2010. - 12 окт.(№ 196). - С. 4. Тадыжеков А. Алтайлардыҥ автономиязы учун тартышкан: [Л. А. Сары-Сеп Конзычаков керегинде] // Алтайдыҥ Чолмоны. - 2014. - 21 янв. (№9). - С. 3. Тенгереков И. С. Л. А. Сары-Сэп Канзачаков: мысли об автономии // Звезда Алтая. - 2016. - 13 апр. (№63/ 67). - С. 13. Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Sibir tarixi Kateqoriya:Altay diyarında doğulanlar