Ölümcül döyüş II — komediya elementli döyüş sənətləri və texnofentezi janrlarında ABŞ və Avstraliya filmdir. Film "Ölümcül döyüş" canlı aktyorlu film silsiləsinin ümümulikdə dördüncü, yeni film silsiləsində ikinci filmdir, "Ölümcül döyüş" (2021) filminin davamıdır. Filmin rejissoru Saymon Makkuoid, ssenari müəllifi isə Ceremi Sleyterdir. Birinci filmin aktyor heyətindən Cessika Maknemi, Coş Louson, Ludi Lin, Mehkad Bruks, Lyuis Tan, Deymon Herriman (fərqli rolda), Çin Han, Tadanobu Asano, Co Taslim və Hiroyuki Sanada filmdə çəkilmək üçün franşizaya qayıtmış, yeni aktyorlar olaraq da heyətə isə Karl Urban, Adelin Rudolf və Tati Qabriel qoşulmuşdur.

2021-ci ilin aprel ayında "Ölümcül döyüş" filminin yayımlanmasından sonra prodüser Todd Qarner, ssenarist Qreq Russo və rejissor MakKuoid, Conni Keyc və Sab-Ziro qəhrəmanlarına həsr edilmiş müstəqil filmlər və 2021-ci il filminin davamı da daxil olmaqla, franşizanın gələcəyi ilə bağlı danışıqlara başladılar. 2022-ci ildə artıq Warner Bros. Pictures, Sleyterin ssenarini yazacağı və MakKuoidin layihənin rejissoru olacağı davam filminə yaşıl işıq yandırmışdır. Çəkilişlər 2023-cü ilin iyun ayında Avstraliyada başlamış, SAG-AFTRA tətili səbəbindən iyulun ortalarında dayandırılmış, noyabrın ortalarında davam etmiş və 2024-cü ilin yanvarın sonlarında başa çatmışdır.

"Ölümcül döyüş II" filminin Warner Bros. Pictures tərəfindən 8 may 2026-cı ildə kinoteatrlarda nümayişi keçirilmişdir. Üçüncü film isə hazırlıq mərhələsindədir.

Xülasə Conni Keycin qoşulduğu Yer Cahanı çempionları, yüksəlişi Yer Cahanı və onun müdafiəçilərinin həyatını təhdid edən Xarici Cahan imperatoru Şao Kanın hakimiyyətinə müqavimət göstərməyə çalışmalıdırlar.

Rollarda

Lyuis Tan — Koul Yanq Maks Huanq — Kunq Lao Co Taslim — Bi-Han / Nub Saybot Hiroyuki Sanada — Skorpion / Hanzo Hasaşi Coş Louson — Kano Karl Urban — Conni Keyc Adelin Rudolf — Şahzadə Kitana Cessika Maknemi — Sonya Bleyd Mehkad Bruks — Caks Briqqs Çin Han — Şanq Tsunq Deymon Herriman — Kuan Çi Tadanobu Asano — Lord Reyden Tati Qabriel — Ceyd Si-Cey Blumfild — Baraka Desmond Çiam — Kral Cerrod Martin Ford — İmperator Şao Kan Ana Tu Nquyen — Kraliça Sindel Ed Bun — Ed Ludi Lin — Lü Kenq

İstinadlar

Xarici keçidlər Rəsmi veb sayt Uncaged Fury veb saytı

Kateqoriya:Nindzalar haqqında filmlər Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Videooyunlara əsaslanan bədii filmlər Kateqoriya:2023-cü il SAG-AFTRA tətillərindən təsirlənmiş filmlər Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:Gələcək filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:ScreenX filmləri Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri