Kafe terrası gecə vaxtı (, ) – holland rəssamı Vinsent van Qoqun 1888-ci ildə yağlı boya ilə çəkdiyi rəsm əsəridir. Əsər həm də Terrasse de café sur la place du Forum ("Forum meydanındakı kafe terrası") kimi də tanınır və ilk dəfə 1891-ci ildə sərgiləndikdə Café, le soir ("Gecə vaxtı kafe") adı ilə təqdim edilmişdi.
Van Qoq "Kafe terrası gecə vaxtı" əsərini 1888-ci ilin sentyabr ayının ortalarında Fransanın Arl şəhərində çəkmişdir. Rəsm imzalanmayıb, amma rəssam tərəfindən üç hərflə təsvir edilib və qeyd olunub.
Əraziyə gələnlər rəssamın molbertini quraşdırdığı Forum meydanının şimal-şərq küncündə dayana bilərlər. Van Qoqun rəsmini təkrarlamaq üçün ərazi 1990 və 1991-ci illərdə təmir edilmişdir. Rəssam, məşhur qəhvəxananın süni işıqlandırılmış terrasına doğru cənuba baxırdı, həmçinin (solda yerləşən və şəkildə görünməyən) bir tikiliyə aparan Rue du Palais (Saray küçəsi) küçəsinin qaranlığına nəzər salırdı və bu tikilinin arxasında hazırda Daş kitabələr muzeyi (Musée Lapidaire) yerləşən keçmiş kilsə qülləsi görünür.
Sağ tərəfdə Van Qoq işıqlı bir dükanı və ətrafdakı ağacların budaqlarını təsvir edib, lakin bu kiçik dükanın yanındakı Roma abidələrinin qalıqlarını təsvir etməyib.
Rəsm hazırda Niderlandın Otterlo şəhərindəki Kröller-Müller muzeyində nümayiş olunur.
İstinadlar
Kateqoriya:1888-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Arl Kateqoriya:Şəhər peyzajları Kateqoriya:Vinsent van Qoqun rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Gecə vaxtını təsvir edən rəsm əsərləri