Alenka Rebula Tuta (; ) — Sloveniyalı yazıçı, şair, tətbiqi psixoloq, ictimai fəal və İtaliyadakı sloven azlığının fəal üzvü. O, İtaliyanın Triest əyalətindəki Sistiana şəhərində yaşayır və işləyir.

Həyatı Alenka Rebula hər ikisi tanınmış sloven yazıçısı olan ata Aloyiz Rebula və ana Zora Tavçarın ailəsində anadan olub. Tədris dili sloven dili olan Triestdəki orta məktəbi bitirdikdən sonra, o, Triest Universitetinin psixologiya fakültəsindən məzun olub. Radio proqram redaktoru və rejissoru İqor Tuta ilə ailə qurub.Primorski slovenski biografski leksikon. Goriška Mohorjeva družba, Gorica 1974–1994. Onların iki qızı və bir oğlu var.

Yaradıcılığı Rebula fəaliyyətinə psixoloq kimi başlayıb və hazırda Triestdəki "Anton Martin Slomşek" kollecində dərs deyir. Onun inkişaf psixologiyasına dair 1999-cu ildə işıq üzü görən kitabı körpəlik dövrünün erkən təcrübələrinə xüsusi önəm verir. "Doğulduğumuz dərinliklər" () bir sloven müəllifi tərəfindən yazılmış ilk əsərdir ki, burada analitik terminologiyanın soyuqluğundan imtina edilir və mövzuya körpənin ehtiyaclarına qarşı yüksək həssaslıqla yanaşılır.

Kitab 2009-cu ildə yenidən nəşr edilib. 2010-cu ildə Alenka Rebula digər tanınmış qadın müəllif (Alenka Puhar) və onun "Həyatın İlkin Mətni" (Prvotno besedilo življenja) kitabı ilə birlikdə öz həyat və yaradıcılığına dair televiziya sənədli filmində iştirak edib. Sənədli film Milli Televiziya və Radio Stansiyası olan RTV Slovenija kanalında yayımlanıb.Kač, Maja (2010) A View On Infancy Without A Sugar Coating (in Slovene: "Nepocukran" pogled na otroštvo), MMC :en:RTV Slovenija, 20 April.Tomažič, Agata (2010) Izvrstna (časopisna) intervjuja , a documentary criticism, Pogledi, 5 May 2010, Ljubljana.International Children's Rights Day will be noted on Opčine, as well , SloMedia.it, 19 November 2010

Əsərləri 1983 The Rainbow Shield (in Slovene: Mavrični ščit), ZTT, Trieste 2009 Embraced (in Slovene: V naročju), ZTT, Trieste 2010 100 Faces of Inner Strength (in Slovene: Sto obrazov notranje moči), Mladinska knjiga, Ljubljana 1999 The Depths we are Born from (in Slovene: Globine, ki so nas rodile), Mohorjeva založba 2007 Feeling Blessed (in Slovene: Blagor ženskam), ZTT, Trieste

İstinadlar

Xarici keçidlər www.alenkarebula.com, official website