Klara Buda (, ) — fransız-alban jurnalist və yazıçı.
O, 2010-cu ildə tərk etdiyi "Radio France Internationale" (RFI) radiosunun Alban bölməsinin keçmiş rəhbəri olmuşdur.
Klara Buda həmçinin YUNESKO (UNESCO) və BBC üçün çalışmışdır. O, Fransa vətəndaşlığına və alban mənşəyinə malikdir. Buda nəsr, poeziya, bədii ədəbiyyat və televiziya tamaşaları yazmışdır.
Bioqrafiyası Klara Buda Albaniyanın Elbasan şəhərində anadan olmuşdur.
Fransanın Sorbonna Unversitetində müasir ədəbiyyat üzrə məzun olduqdan sonra, o, Ali Təcrübi Tədqiqatlar Məktəbində (École pratique des hautes études) sənət tarixi üzrə təhsil almışdır.
1997-ci ildə o, "Radio France Internationale"ə (RFI) qoşulmazdan əvvəl BBC-də müstəqil (freelance) jurnalist kimi karyerasına başlamışdır.
O, 1998-ci ildə UNESCO-nun Kommunikasiya Bölməsində qısa müddət çalışmış, lakin 1999-cu ildə əvvəlcə ixtisaslaşmış jurnalist, daha sonra 2005-ci ildən baş redaktor kimi RFI-yə qayıtmışdır. 2006-cı ildə baş redaktor təyin edilən o, 2010-cu ilə qədər RFI-nin Albaniya şöbəsinə rəhbərlik etmişdir.
2011-ci ildə o, Nyu-Yorkda "Beratinus Media" adlı televiziya və film istehsalı şirkətinin, 2013-cü ildə isə qlobal vətəndaş jurnalistikasını təşviq edən onlayn sayt olan Klarabudapost.com-un əsasını qoymuşdur.
2014-cü ildə o, siyasi keçid illərində həm Albaniyanın özündə, həm də beynəlxalq miqyasda ənənəvi alban adətlərinin və ayinlərinin təkamülünü görkəmli şəxsiyyətlərin portretləri vasitəsilə araşdıran "Albania I love You" (Mən səni sevirəm Albaniya) adlı televiziya şousunu yaratmış, ona rəhbərlik etmiş və aparıcısı olmuşdur.
Əsərləri haqqında fikirlər "Kloroform" (Xloroform) romanı:
"Kommunist Albaniyasının qəddar rejimində cərəyan edən roman, rejimin yeni insan növünü necə istehsal və təkrar istehsal etdiyinə dair cəlbedici bir baxış təqdim etmişdir. Roman diqqəti təzyiqçi sistemin qorxu ilə idarə olunan yeni bir cəmiyyət növü yaratmaq səylərinə cəmləşdirmişdir." M. Qeqen (M. Gueguen), Le courrier Des Balkans, Paris, Fransa.
"Xloroform (Kloroform) kimlik sualları və totalitar sistemlərdə azad fərdlərin rolunun tədqiqi ilə səciyyələnmişdir. Buda, onun "daxili azadlıq adaları" adlandırdığı, bir fərddən digərinə dəyişən, lakin diktaturaya rəğmən onların hər birinin həyatda qalmasına kömək edən anlayışları təsvir etmişdir." (S. Habilaj, Tiranaobserver, 11. 2. 2010).
Biblioqrafiya Buda, Klara (2009). Kloroform novel (Xloroform romanı). Botimet "Dudaj". ISBN 978-99943-0-139-3 . Buda, Klara (2017), Woman Whispering — Roman, UET Mapo Publishing, Tirana, ISBN 978-9928-213-13-6. Buda, Klara (2017), Kuteli, Qısa Hekayə — Esse, Ombra GVG Publishing, Tirana, ISBN 978-9928-06-185-0. Buda, Klara (2016), Kosova Mon Amour — Kosovo müharibəsi və Albaniyadakı totalitar rejim haqqında esselər toplusu. Publishing Pema, Pristina, Mart 2017 ISBN 978-9951-721-42-4. Buda, Klara (2016), They like to drink Raki in my village (Mənim kəndimdə Raki içməyi sevirlər) – Mitruş Kutelinin romanı, alban dilindən fransız dilinə tərcümə edilmişdir. Éditions Fauves, Paris, 2016. ISBN 979-10-302-0046-1. Buda, Klara (1997), University work — Mitruş Kuteli, Fransız dilində ədəbi bioqrafiya.
İstinadlar
Kateqoriya:Alban yazıçılar