Şərqi Avropadakı Qara dəniz-Xəzər çöllərinin bir hissəsi kimi Ukrayna İbtidai icma dövründə Avrasiyada Mis və Tunc dövrlərinin yayılması, Hind-Avropa köçləri və atın əhliləşdirilməsi kimi mədəni hadisələrdə mühüm rol oynamışdır.Matossian Shaping World History p. 43

Qədim dövrlərdə Skifiyanın bir hissəsi olmuş Ukraynada Xalqların böyük köçü dövründə, əsasən, ostqotlar daxil olmaqla qotlar, getlər və hunlar məskunlaşmış, ölkənin cənub əraziləri isə əvvəlcədən Yunanıstan, ondan sonra isə Roma tərəfindən müstəmləkəyə çevrilmiş, Erkən orta əsrlərdə isə ölkə qədim slavyan fəthlərinin hədəfi olmuşdu. Ərazi yazılı tarixə sonralar güclü dövlətə çevrilsə də, Yüksək orta əsrlərdə parçalanıb 13-cü əsrdə Monqol imperiyası tərəfindən süquta uğradılan Kiyev Rus dövlətinin Orta əsrlərdə yaranması ilə daxil olmuşdur.

XIV-XV əsrlərdə müasir Ukrayna əraziləri dörd xarici qüvvənin — Qızıl Orda, Krım xanlığı və sonralar Krevo və Lublin uniyaları ilə Reç Pospolitanı yaradan Böyük Litva knyazlığı və Polşa Krallığı Taxt-tacının idarəçiliyinə keçmişdir. Osmanlı imperiyası isə bu dövrdə Krım xanlığı kimi vassallar və birbaşa idarə etdiyi ərazilər vasitəsilə Qara dəniz və ətrafında regional qüvvə kimi formalaşmışdır.

Kazakların Reç Pospolitaya qarşı 1648-ci ildə qiyam qaldırması ilə Hetman Boqdan Xmelnitski 1654-cü ilin yanvarında Pereyaslavl müqaviləsini bağlamağa razı olur. Müqavilənin Kazak hetmanlığı və Çar Rusiyası arasında yaratdığı münasibətlərin dəqiq xassələri elmi debat mövzusu kimi qalır. Müqavilə Rusiya–Polşa müharibəsinə və Üç Xalqın Reç Pospolitasını yaratması nəzərdə tutulan uğursuz Hadyaç sülhünə gətirib çıxarır. Nəticədə 1686-cı ildə imzalanan Əbədi sülh ilə Ukraynanın şərq (Dnepr çayından şərqdə qalan) hissəsi Rusiya idarəçiliyinə keçir, 146 min rubl Polşaya Sağsahil Ukraynasının itirilməsinin təzminatı kimi ödənilir, tərəflər isə Osmanlı İmperiyası ilə ayrıca sülh bağlamamaq barəsində razılığa gəlirlər. Müqavilə Polşada narazılıqla qarşılanır və Seym tərəfindən 1710-cu ilə qədər ratifikasiya olunmur. Ratifikasiyanın hüquqi legitimliyi isə mübahisəlidir;Eugeniusz Romer, O wschodniej granicy Polski z przed 1772 r., w: Księga Pamiątkowa ku czci Oswalda Balzera, t. II, Lwów 1925, s. . məsələn, əsasən müqavilə Seymin 1764-cü il çağırışına qədər təsdiq olunmamışdı.Jacek Staszewski, August II Mocny, Wrocław 1998, p. 100.

Şimal müharibəsi dövründə Hetman İvan Mazepa 1708-ci ildə XII Karl ilə ittifaq yaradır. 1708–1709-cu illərin qışı İsveç ordusuna böyük zərər vurur. 1709-cu ildə Poltava döyüşündən sonra hetmanlıq zəifləməyə başlayır, bu zəifləmə 1760-cı illərdə Kazak hetmanlığının və 1770-ci illərdə Zaporojya Seçinin dağılması ilə pik həddinə çatır. Reç Pospolitanın bölüşdürülməsi və Rusiyanın Krım xanlığını işğal etməsindən sonra isə müasir Ukrayna əraziləri yüz ildən artıq müddətə Rusiya və Avstriya imperiyaları tərəfindən idarə edilir.

Rusiyadakı inqilablardan sonra ölkədə böhranlı müharibə dövrü baş tutur; bu dövrdə Birinci Dünya Müharibəsindən sonra Habsburq monarxiyasının dağılmasının ardı ilə keçmiş Qalisiya və Lodomeriya krallığının ərazilərində Polşa–Ukrayna müharibəsi də alovlanır və onu bolşevik Qırmızı Ordunun 1919-cu ilin sonlarında idarəni ələ aldığı 1917–1921-ci illər Sovet–Ukrayna müharibəsi izləyir.Riasanovsky (1963), p. 537. Kiyevdə milli hökuməti devirən Ukrayna bolşevikləri Ukrayna Sovet Sosialist Respublikasını yaradırlar və sonradan bu respublika 30 dekabr 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı yaradılarkən qurucu dövlətlərdən birinə çevrilir. Sovet hökumətinin ukrain dili və Ukrayna mədəniyyəti barəsindəki siyasəti ilə əvvəlcə idarəçilikdə və təhsildə ukrain dili rəsmi dil elan olunsa da, 1930-cu illərdə ruslaşdırma siyasətinə keçid edilir. 1932–1933-cü illərdə əksəriyyəti kəndli olan milyonlarla ukrain Qolodomorda aclıq səbəbilə ölür. Güman olunur ki, SSRİ-də bu dövrdə ölənlərin sayı 6–8 milyon, bunların 4–5 milyonu isə ukrain idi.

SSRİ və Nasist Almaniyasının 1939-cu ilin sentyabrında Polşanı işğal etməsindən sonra Ukrayna SSR-in əraziləri qərb istiqamətində genişlənir. 1941–1944-cü illərdə isə Ox dövlətləri Ukraynanı işğal edirlər. İkinci Dünya müharibəsi dövründə Ukrayna Üsyan Ordusu Ukraynanın müstəqilliyi uğrunda həm Almaniya, həm də SSRİ-ə qarşı döyüşür; müəyyən qruplarsa Nasist Almaniyası ilə əməkdaşlıq edərək Ukraynada Holokostun və polyaklara qarşı qırğınların həyata keçirilməsində dəstək verirlər. Ukrayna Kommunist Partiyasının etnik rus keçmiş başçısı Nikita Xruşşovun 1953-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına rəhbər kimi gəlməsi ilə siyasi-mədəni azadlıqlar genişlənir, bu isə öz növbəsində Ukraynada oyanışa yol açır. 1954-cü ildə Krımın Rusiya tərkibindən çıxarılıb Ukraynaya verilməsi ilə respublikanın ərazisi cənub istiqamətində genişlənir. Şairlər, tarixçilər və digər ziyalılara qarşı repressiyalar isə SSRİ-nin qalanındakı kimi davam edir.

Sovet İttifaqının dağılmasından sonra Ukrayna 1991-ci ildə müstəqillik qazanır və bununla da bazar iqtisadiyyatına keçidin dövrünün əsası qoyulur. Baxmayaraq ki, bu dövrdə Ukraynada səkkiz illik resessiya baş verir, 2008-ci il dünya iqtisadi böhranına qədər ölkə iqtisadiyyatında böyümə — ÜDM artımı müşahidə olunur.Inozmi, "Ukraine – macroeconomic economic situation" . June 2009.

2013-cü il noyabrın 21-i prezident Viktor Yanukoviçin Avropa İttifaqı ilə əməkdaşlıq sazişinə hazırlıqları dayandırıb Rusiya ilə olan münasibətləri gücləndirməyə üstünlük verməsi ilə ölkədə uzunçəkən siyasi böhran başlayır. Qərara qarşı əvvəlcə Avromeydan etirazları, sonra isə Ləyaqət inqilabı baş tutur. Yanukoviç isə 2014-cü ilin fevral ayında parlament tərəfindən vəzifəsindən azad olunur. Fevralın 20-də isə Rusiya qüvvələrinin Krıma daxil olması ilə Rusiya–Ukrayna müharibəsi başlayır. Bir müddət sonra Ukraynanın cənub və şərqindəki rusdilli ərazilərdə Yanukoviçin də dəstək topladığı rusiyayameyilli etirazlar baş göstərir. Əhalisinin əksəriyyəti etnik rus olan Krım Muxtar Respublikası ərazisində referendum keçirilir və bununla da Krım martın 18-də Rusiya tərəfindən de-fakto ilhaq olunur. Ukrayna ilə Rusiya arasında Ukraynanın Donetsk və Luqansk vilayətlərində Donbass müharibəsi başlayır və bu müharibə Rusiyanın 24 fevral 2022-ci ildəki irimiqyaslı hücumuna qədər davam edir.

İstinadlar