441x441px|thumb|1909-cu ildə Əlibala Əliyevin 25 illik fəaliyyəti münasibətilə ticarət evləri və səhmdar cəmiyyətlər tərəfindən hədiyyə olunmuş panno
Əliyev qardaşları — XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakı şəhərində zərgərlik məmulatlarının istehsalı və satışı ilə məşğul olmuş qardaşlar.
İkinci gildiya taciri olan qardaşların Olginskaya küçəsində "Cəvahir" adlı dükanları, Vorontsov küçəsində isə emalatxanaları olub. Manaf Süleymanov Bakının tarixi haqda yazdığı "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında Əliyev qardaşlarının dükanında baş vermiş iki hadisə barədə məlumat verib. Onların hazırladıqları zinət əşyaları müxtəlif beynəlxalq mükafatlar və medallara layiq görülüb.
Aprel işğalından sonra qardaşların mülkləri müsadirə olunub, özləri isə təqiblərə məruz qalıblar. 1925-ci ildə qardaşlar repressiya məruz qalmamaq üçün yaşadıqları mülkü könüllü şəkildə hökumətə təhvil veriblər. 1909-cu ildə tikdirilmiş bu mülk 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqlarında Əliyev qardaşları əslən Fatmayı kəndindən olublar. Onların babası Molla Əli Qərib oğlu 1860-cı illərdə ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək Zərgərpalan küçəsində ev tikib. Ailə əsasən maldarlıqla məşğul olub. Qardaşlar əvvəlcə qatıq satmış daha sonra zərgərliklə məşğul olmağa başlamışlar. 150px|thumb|left|Əlibala Əliyev Qardaşların Olginskaya küçəsində (indiki Məhəmməd Əmin Rəsulzadə küçəsi) Haşımovun mülkünün birinci mərtəbəsində yerləşən "Cəvahir" adlı dükanı olub. Onlar Bakıda zərgərlik məmulatlarının satışı ilə məşğul olublar və hər ikisi ikinci gildiya taciri olub. 1885-ci ildə Bakı Əyarlıq Palatası tərəfindən verilmiş şəhadətnaməyə əsasən, Əlibala Əliyev Bakı şəhərində zərgərlik məmulatlarının istehsalı ilə məşğul olmaq hüququ əldə edib. Onun Vorontsov küçəsində (indiki İ. Səfərli küçəsi) emalatxanası olub. Hazırladıqları məmulatlara "Br. Alievı" möhürü vurulurdu. Hazırladıqları bəzi zinət əşyaları müxtəlif beynəlxalq mükafatlar və medallara layiq görülüb. 1884-cü ildə qardaşlar Bakıda həm özlərinin hazırladıqları zərgərlik məmulatlarının, həm də müxtəlif şəhərlərdən gətirdikləri zinət əşyalarının kütləvi satışını təşkil ediblər.
Qardaşlar 1909-cu ildə babalarının tikdiyi köhnə evi sökərək onun yerində iki mərtəbəli eklektik üslubda mülk inşa ediblər. Məşədi Əlibala mülkün birinci, Kərbəlayı Qafar isə ikinci mərtəbəsində yaşayıb.
Aprel işğalından sonra onların mülkləri müsadirə olunub, özləri isə təqiblərə məruz qalıblar. 1925-ci ildə qardaşlar repressiya qurbanı olmamaq üçün könüllü olaraq yaşadıqları mülkü hökumətə təhvil veriblər. Onların mülkü bir neçə hissəyə bölünüb və müxtəlif ailələrə ev kimi verilib. Nəslin varisləri yalnız onilliklər keçdikdən sonra öz mülklərinə qayıda biliblər və hazırda da mülkdə yaşayırlar.
Əlibala Əliyev Böyük qardaş Əlibala Əbdül Cabbar oğlu Əliyev 1855-ci ildə anadan olub. Əlibala Əliyev Əminə xanım Hacı Mirzə Baba qızı ilə ailə qurub. Övladları olmayıb.
1884–1909-cu illəri əhatə edən 25 illik fəaliyyəti münasibətilə ona dünya miqyasında nüfuzlu ticarət evləri və səhmdar cəmiyyətlər tərəfindən hündürlüyü 2 m, eni 72 sm olan panno hədiyyə edilib. Daha sonralar evdə aparılan axtarışlar zamanı bu pannonun üzərindəki qiymətli daşlar qoparılaraq müsadirə olunub. Əlibala Əliyev 1926-cı ildə vəfat edib.
Qafar Əliyev Kiçik qardaş Qafar Əbdül Cabbar oğlu Əliyev 1862-ci ildə anadan olub. Qafar Əliyevin Ağacabbar, Səriyyə, Bilqeyis, Ruqiyyə, Nüsrət, İmran, Aliyə, Tura və Fuad adlı 9 övladı olub.
Qafar Əliyev 1920-ci il dekabrın 6-dan 1921-ci il sentyabrın 1-dək "Azvneştora"da ekspert, 1924-cü il sentyabrın 15-dən 1930-cu il iyunun 7-dək isə Bakı Şəhər Lombardında qiymətli metalların əyarını müəyyənləşdirən ekspert kimi çalışıb. 1930-cu il fevralın 26-da və 1932-ci il aprelin 1-də Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən onun evində axtarış aparılıb və müxtəlif zinət əşyaları müsadirə olunub. Qafar Əliyev 1939-cu ildə vəfat edib.
İrsləri Manaf Süleymanov Bakının tarixi haqda yazdığı "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında qardaşların dükanı və orada baş verən hadisələr haqqında yazıb. Dükan haqqında bunları qeyd edib:
Əlibala Əliyevə 1909-cu ildə nüfuzlu ticarət evləri və səhmdar cəmiyyətlər tərəfindən verilmiş hədiyyə panno Əliyevlərin varisləri tərəfindən qorunur.
Qafar Əliyevin övladlarından yalnız Fuad Əliyev zərgərlik sənətini davam etdirib. O, 1951–1958-ci illərdə "Bədii sənət" artelində rəis, 1958–1962-ci illərdə isə zərgərlik artelində baş mühəndis vəzifəsində işləyib. İngiltərə kraliçası II Elizabetə Azərbaycandan göndərilən hədiyyə at üçün hazırlanmış gümüş işləməli yəhəri də o hazırlamışdır.
Həmçinin bax Qasımov qardaşları
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qardaşlar Kateqoriya:XIX əsr Azərbaycan şəxsləri Kateqoriya:XX əsr Azərbaycan şəxsləri Kateqoriya:Azərbaycan ailələri Kateqoriya:Zərgərlər Kateqoriya:Bakıda doğulanlar