– Lafkadio Hernin həyat yoldaşı. Hernin yaradıcılığında ona dəstək göstərmiş, ədəbi köməkçisi olmuş, yapon folklor hekayələrinin toplanmasında kömək etmişdir.

İlk illəri Koizumi Setsu 4 fevral 1868-ci ildə Matsue hanında Koizumi klanında doğulmuşdur. Meyci islahatından sonra Koizumi klanının gücü azalmış və o, İnaqaki ailəsi tərəfindən övladlığa götürülmüşdür. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsilini yarımçıq qoyub işləməyə başlamışdır. İlk evliliyi uğursuzluqla nəticələnmişdir: İnaqaki ailəsinə qəbul olunan əri maddi çətinliklərə tab gətirməyərək onu tərk etmişdir. Setsu boşandıqdan sonra Koizumi ailəsinə qayıtmışdır.

Lafkadio Hern ilə tanışlığı Lafkadio Hern Matsueyə köçdükdən sonra özünə xidmətçi axtarmağa başlamış və beləcə, 1891-ci ilin fevralında Setsu ilə tanış olmuşdur. O, Setsunun gözəl bir qadın olmasını gözləsə də, onun görünüşündən narazı qalmış, onun haqqında danışarkən "bu, samuray qızı deyil, kəndli qızıdır" demişdir. Onlar tanış olanda Hernin yapon dili bilikləri zəif olduğundan kommunikasiya qurmaq üçün "Hern dili" adlandırdıqları yapon dili metodu yaratmışlar. Setsu onun yaradıcılığında yaxından iştirak etmiş, yapon nağılları və hekayələrini toplamış, ona nəql etmişdir. Hernin topladığı əksər yapon hekayəsini Setsudan eşitmiş, buna görə ona minnətdarlığını bildirmiş, onu "dünyadakı ən yaxşı həyat yoldaşı" adlandırmışdır. Onlar əvvəlcə Matsuedən Kumamotoya, 1894-cü ildə Kumamotodan Kobeyə, daha sonra Tokioya köçmüşlər.

1893-cü ildə onların ilk oğlu Kazuo doğulmuşdur. Cütlüyün ümumilikdə 4 övladı (üç oğlan, bir qız) olmuşdur. Setsunun ögey anası İnaqaki Tomi uşaqların tərbiyəsi ilə məşğul olduğu üçün Setsu ərinin yaradıcılığına dəstək olmaq üçün kifayət qədər vaxt tapa bilmişdir. Onlar rəsmi olaraq 1896-cı ilin fevralında evlənmişlər. Hafkadio 1896-cı ildə Yaponiya vətəndaşlığını alanda Setsunun soyadını qəbul etmiş və yaponca adı "Koizumi Yakumo" olmuşdur.

Sonrakı illəri Lafkadio Hernin ölümündən sonra no ifaçılığı və çay mərasimi kimi məşğuliyyətlərə yönəlmişdir. 1918-ci ildə "Lefkadio Hernin xatirələri" adlı əsərini nəşr etdirmişdir. 18 fevral 1932-ci ildə ölmüş və Zoşiqaya qəbiristanlığında Hernin yanında dəfn olunmuşdur.

Populyar mədəniyyətdə 2025-ci ildə Yaponiyanın NHK kanalında yayımlanmış "Kabus yazıçısının arvadı" serialında baş qəhrəman Matsuno Toki Koizumiyə əsaslanır. Serialda həmin rolu Akari Takaişi canlandırmışdır. Lafkadio Hern Memorial Muzeyində onun həyatına həsr olunmuş sərgi keçirilmişdir.

Qeydlər

İstinadlar

Kateqoriya:Yaponiyanın qadın yazıçıları