Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır.
Tarixi Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar.
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993721841882009↘362↗185↘177
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri