thumb|390px|ABŞ Silahlı Qüvvələrinin Vahid Döyüş Komandanlığının məsuliyyət sahələri (Dekabr 2008)

thumb|right|"Koniqqrets döyüş meydanının planı" xəritəsinin bir hissəsi.

Hərb coğrafiyası və ya Hərbi coğrafiya — hərb, akademiklər və siyasətçilər tərəfindən hərbi baxış bucağı ilə tədqiqat aparmaq üçün istifadə edilən coğrafiyanın bir alt sahəsidir. Hərbi coğrafiya mütəxəssisləri geosiyasi məsələlərdən hərbi əməliyyatlara qədər, hərbi varlığın mədəni və iqtisadi təsirləri üzərində fiziki məkanların rolunu qiymətləndirirlər.

Hərbi coğrafiya taktik, operativ və strateji səviyyədə coğrafi şəraiti bir güc multiplikatoru kimi qiymətləndirməyi hədəfləyir.Ö. E. Kuşcu And K. KAPAN, "Askeri Coğrafyada Jeostratejik Koşulların Mekansal Kullanımı," TÜCAUM 2022 Uluslararası Coğrafya Sempozyum, vol.1, İstanbul, Turkey, pp.439-454, 2022 Müasir dövrdə hərbi coğrafiya müharibələrlə yanaşı, coğrafi problemlərin təhlükəsizlik aspektini, ətraf mühit və təhlükəsizlik əlaqəsini, gələcəkdə baş verə biləcək təbiət hadisələrinin yarada biləcəyi hərbi problemlərin həlli kimi bir çox perspektivi öz daxilinə alaraq əhatə dairəsini genişləndirmişdir.

Tarixi

Hərbi coğrafiya potensial rəqibdən müdafiə olunmağa və ona hücum etməyə ehtiyacı olan ilk sosial icmaların yaranması ilə eyni vaxtda meydana gəlmişdir. Döyüş əməliyyatları hər zaman real vaxt və real məkan daxilində baş verir, buna görə də təbii və ya coğrafi mühitin öyrənilməsi hərbi təşkilata (silahlı qüvvələrə) malik olan hər bir sosial struktur üçün həyati əhəmiyyət kəsb edir.

Hərbi coğrafiya müstəqil elm sahəsi kimi XIX əsrin 30-cu illərində formalaşmışdır. Rusiya hərbi nəzəriyyə məktəbində hərbi coğrafiyanın əsaslarını ehtimal ki, Dmitri Milyutin (1816–1912) qoymuşdur. O, tanınmış hərbi və dövlət xadimi, qraf (30 avqust 1878), general-adyutant, general-feldmarşal (16 avqust 1898) və imperator II Aleksandrın ən yaxın silahdaşlarından biri olmuşdur. Milyutin 1861–1881-ci illərdə Rusiya imperiyasının hərbi naziri postunu tutmuşdur. O, Baş Qərargah Akademiyasının və Hərbi Hüquq Akademiyasının fəxri prezidenti, Elmlər Akademiyasının, habelə artilleriya, mühəndislik və tibb-cərrahlıq akademiyalarının, Moskva və Xarkov universitetlərinin, Rusiya İmperator Coğrafiya Cəmiyyətinin fəxri üzvü idi. 1866-cı ildə Peterburq Universiteti ona Rusiya tarixi üzrə elmlər doktoru elmi dərəcəsini vermişdir.

1845-ci ildə Milyutin Hərbi Akademiyanın hərbi coğrafiya kafedrasına professor təyin edilmişdir. Akademik kursa hərbi statistikanın daxil edilməsi məhz onun xidmətidir. Hələ Qafqazda olarkən o, 1843-cü ildə "Meşələrin, tikililərin, kəndlərin və digər yerli obyektlərin tutulması, müdafiəsi və hücumu üçün təlimat" əsərini yazıb çap etdirmişdir. Daha sonra onun "Hərbi coğrafiya və statistikanın əhəmiyyətinin tənqidi tədqiqi" (1846), "Hərbi statistikanın ilk təcrübələri" (I cild – "Giriş" və "Alman İttifaqının siyasi və hərbi sisteminin əsasları", 1847; II cild – "Prussiya krallığının hərbi statistikası", 1848), "1839-cu ildə Şimali Dağıstanda hərbi əməliyyatların təsviri" (Sankt-Peterburq, 1850) və nəhayət, 1852–1853-cü illərdə əsas elmi işi — Suvorovun İtaliya yürüşü haqqında klassik tədqiqatı nəşr olunmuşdur. Hərbi işlərin coğrafi aspektləri ilə bağlı fikirlərini Baş Qərargah Akademiyasının müəllimi Andrey Snesarev özünün "Rusiyanın hərbi coğrafiyası" kitabında şərh etmişdir.

İstinadlar

Ədəbiyyat siyahısı

Baron De Jomini, Antoine Henri, The Art of War, Plain Label Books, (from original French) 1862 translation

Əlavə ədəbiyyat siyahısı

Bayles, William J. "Terrain Intelligence and Battlefield Success: a Historical Perspective." Engineer 23 (1993): 50–53. Cole, D.H. Imperial Military Geography: The Geographical Background of the Defense Problems of the British Commonwealth. London: S. Praed (1950). Collins, John M. Military Geography for Professionals and the Public. Washington, D.C.: National Defense University Press (1998). Dibb, Paul. "STRATEGIC TRENDS." Naval War College Review 54 (2001): 22–39. Dupuy, R. Ernest. World in Arms: A Study in Military Geography. Harrisburg, PA: Military Service Publishing Company (1940). Flint, Colin. The Geography of War and Peace: From Death Camps to Diplomats. Oxford: Oxford University Press (2005). Galgano, Francis, and Eugene J. Palka (eds.). Modern Military Geography. London: Routledge (2010). Johnson, Douglas Wilson. Topography and Strategy in the War. NY: Henry Holt (1917). Johnson, Douglas Wilson. Battlefields of the World, Western and Southern Fronts: A Study in Military Geography. Oxford: Oxford University Press (1921). Kirby, Robert F. "Why Study Military Geography?" Engineer 20 (1990): 1–2. Kirsch, Scott, and Colin Flint (eds.). Reconstructing Conflict: Integrating War and Post-War Geographies. Burlington, VT: Ashgate (2011). Klare, Michael T. "The New Geography of Conflict." Foreign Affairs 80 (2001): 49–61. Olesik, Nikolai S. "Military Geography and Urbanistics." Military Thought 15 (2006): 81–91. Maguire, T. Miller. Outlines of Military Geography. Cambridge, MA: Cambridge University Press (1899) O'Sullivan, Patrick M. The Geography of War in the Post Cold War World. Lewiston: Edwin Mellen Press (2001). Palka, Eugene J., and Francis Galgano Jr. Military Geography: From Peace to War. Boston: McGraw-Hill (2005). Peltier, Louis C. Bibliography of Military Geography. Military Geography Committee, Association of American Geographers (1962). Peltier, Louis C., and G. Etzel Pearcy. Military Geography. Princeton, NJ: Van Nostrand (1966). Rech, M., Bos, D., Jenkings, K. N., Williams, A., & Woodward, R. Geography, military geography, and critical military studies. Critical Military Studies, 1(1), (2015): 47–60. Rosenburgh, Bob. "Training for Warfare." Soldiers 62 (2007): 34–36. Rottman, Gordon. L. World War II Pacific Island Guide: A Geo-Military Study. Westport: Greenwood Press (2002). Woodward, Rachel. Military Geographies. Malden, MA: Blackwell (2004). Zakharenko, I. A. "Military Geography: Past and Present." Military Thought 10 (2001): 32–37. The United States Air War College Powerpoint of Flashpoints

Kateqoriya:Hərb coğrafiyası Kateqoriya:Antropocoğrafiya Kateqoriya:Siyasi coğrafiya