thumb|right|200px|Almaniya İmperiyasının 8-ci ordusunun komandanı Paul fon Hindenburqun qərargahı. Şərq cəbhəsi. Payız, 1914.

Qərargah () — sülh və müharibə dövründə qoşunların idarə edilməsi orqanı. Qərargah, komandir ilə tabelikdəki hərbi birləşmələr arasında ikitərəfli informasiya axınını təmin edən zabitlər və mülki personal qrupudur.

Döyüş şəraitində qərargahın əsas vəzifələri aşağıdakılardır: Komandir tərəfindən qərar qəbul edilməsi üçün məlumatların əldə edilməsi, öyrənilməsi və hazırlanması; Komandirin qərarlarının əmr və sərəncamlar şəklində rəsmiləşdirilməsi, onların qoşunlara çatdırılması və icrasına nəzarət edilməsi; Qarşılıqlı fəaliyyətin və döyüşün kəsilməz idarə olunmasının təşkili; Döyüş təminatı, rabitə və digər tədbirlərin təşkili.

Qərargahlar hərbi bölmələrdə (tabor, divizion), hissələrdə və birləşmələrdə (alay, briqada, diviziya) və daha yuxarı birliklərdə mövcuddur. Silahlı Qüvvələrin növlərinin qərargahları baş qərargahlar, bütövlükdə Silahlı Qüvvələrin qərargahı isə Baş Qərargah adlanır.

Qərargahın işinə qərargah rəisi (QR) rəhbərlik edir. O, komandirin birinci müavini hesab olunur və onun adından tabelikdəki qoşunlara sərəncam vermək hüququna malikdir.

Səviyyəsindən asılı olaraq qərargahlar müasir NATO standartlarına müvafiq olaraq aşağıdakı şöbələrə bölünür:

Tabor və alay səviyyəli qərargah şöbələri (S): Şəxsi heyət şöbəsi "S1" Kəşfiyyat şöbəsi "S2" Əməliyyat şöbəsi "S3" Logistika (Maddi-texniki təminat) şöbəsi "S4" Mülki-hərbi əməkdaşlıq şöbəsi (CIMIC) "S5" Rabitə şöbəsi "S6"

Briqada və diviziya səviyyəli qərargah şöbələri (G): Şəxsi heyət şöbəsi "G1" Kəşfiyyat şöbəsi "G2" Əməliyyat şöbəsi "G3" Logistika şöbəsi "G4" Mülki-hərbi əməkdaşlıq şöbəsi "G5" Rabitə şöbəsi "G6" Döyüş hazırlığı şöbəsi "G7" Maliyyə şöbəsi "G8" Planlaşdırma şöbəsi "G9"

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat siyahısı

Bartholomees, J. Boone Buff Facings and Gilt Buttons: Staff and Headquarters Operations in the Army of Northern Virginia, 1861–1865 (University of South Carolina Press, 1998) . Crosswell, D.K.R. The Chief of Staff: The Military Career of General Walter Bedell Smith (Greenwood Press, 1991) . Fremont-Barnes, G. (editor) Armies of the Napoleonic Wars (2011) Goerlitz, Walter History of the German General Staff 1657–1945 (Praeger 1954). Hittle, James Donald The Military Staff: Its History and Development (Military Service Publishing, 1944) Irvine, D.D. The French and Prussian Staff Systems Before 1870 in The Journal of the American Military Foundation Vol. 2, No. 4 (Winter, 1938), pp. 192–203 (https://www.jstor.org/stable/3038792?seq=1#fndtn-page_scan_tab_contents) Jones, R. Steven J The Right Hand of Command: Use and Disuse of Personal Staffs in the American Civil War (Stackpole Books, 2000) . Koch, Oscar W. G-2: Intelligence for Patton: Intelligence for Patton (Schiffer Aviation History, 1999) . Purdy, Leo and Purdy, Tony. 'Primus inter pares vel primos? The Development of the Military Staff in the Australian Army', Australian Army Journal, Vol. 19, No.1, (2023), https://researchcentre.army.gov.au/library/australian-army-journal-aaj/volume-19-number-1 Pigman, Robyn. "All Systems Green: A Concise History of Chicken Bak Bak and the S-6 Offensive" (Nelson Ltd) . Regele, O.: Generalstabschefs aus vier Jahrhunderten (Vienna 1966)

Watson, S.J. By Command of the Emperor: A Life of Marshal Berthier (Ken Trotman Ltd) .

Xarici keçidlər

Changes needed in the "General Staff" system, research paper. History of "General Staff" system

Kateqoriya:Hərbi terminlər Kateqoriya:Hərbi quruculuq Kateqoriya:Qoşun növləri Kateqoriya:Qərargah Kateqoriya:İkinci Dünya müharibəsi