Laine-Reseda Villenthal (29 iyun 1922-ci il, Ellamaa, Lyaenemaa qraflığı – 23 may 2009-cu il) Estoniyalı ruhani idi. O, Estoniyada ilk qadın ruhani olub (1967).

1951-ci ildə Estoniya Yevangelist Lüteran Kilsəsinin İlahiyyat İnstitutunda təhsil almağa başlayıb və 1964-cü ildə məzunluq diplomunu alıb.

1964-cü ildə Pindi icmasında fəaliyyətə başlamışdır. 16 noyabr 1967-ci ildə Estoniyada ilk qadın ruhani kimi Pindi icmasına pastor təyin olunmuşdur. O, bu icmada təxminən 40 il xidmət göstərmişdir. 1984–2003-cü illər ərzində isə eyni zamanda Peçori icmasında da pastor vəzifəsini icra etmişdir.

Mükafatlar:

2004: II dərəcəli Estoniya Qırmızı Xaç Ordeni .

İstinadlar

Kateqoriya:2009-cu ildə vəfat edənlər Kateqoriya:1922-ci ildə doğulanlar