Şəhər hamı üçündür () — 2009-cu ildə yaradılmış, Macarıstanın Budapeşt və Peç şəhərlərində fəaliyyət göstərən könüllü əsaslı ictimai təşkilat. Təşkilat evsiz və ya keçmişdə evsiz olmuş şəxslərlə birlikdə mənzil hüquqları və sosial ədalət uğrunda fəaliyyət göstərir. Qrup qeyri-rəsmi hüquq müdafiəsi təşkilatı kimi fəaliyyət göstərir və əsasən üzvlərinin könüllü əməyi və maliyyə dəstəyi hesabına mövcuddur. Təşkilat yoxsulluq və evsizliklə üzləşən insanların hüquqlarını müdafiə edir. Əsas məqsədi evsiz insanların öz insan ləyaqətlərini müdafiə etməsinə və mənzil hüquqları uğrunda mübarizə aparmasına şərait yaratmaqdır. Təşkilatda evsiz şəxslər bütün fəaliyyət sahələrində aparıcı rol oynayırlar. Tarixi “Şəhər hamı üçündür” təşkilatı 2009-cu ilin avqustunda Nyu-Yorkdan gəlmiş Picture The Homeless təşkilatının Budapeştdə keçirdiyi seminarın iştirakçıları tərəfindən yaradılmışdır. Seminarlar “Projects for Peace” təşəbbüsü tərəfindən maliyyələşdirilmişdi. Daha sonra təşkilatın ikinci qrupu Peç şəhərində Dyula Balaq tərəfindən yaradılmışdır. Təşkilatın yaradılması Henri Lefebvre və David Harvey tərəfindən irəli sürülmüş “şəhər hüququ” konsepsiyasından ilhamlanmışdır. O, həmçinin Macarıstanın “Şəhər hüququ” alyansının üzvüdür.Right to the City – Jogunk a Városhoz Təşkilat tamamilə könüllülər tərəfindən idarə olunur. 2018-ci ilə olan məlumata görə, təşkilatın təxminən 50 iştirakçısı var idi və onların 80%-i ya evsiz olmuş, ya da həmin dövrdə evsiz vəziyyətdə yaşamışdı. Təşkilat daxilində yaranmış bəzi təşəbbüslər sonradan müstəqil qurumlara çevrilmişdir. “Küçədən Mənzilə” (mac. Utcáról Lakásba Egyesület) adlı təşkilat boş mənzilləri sosial mənzilə çevirir. 2019-cu ilin mart ayına qədər təşkilat Budapeştdə 23 mənzili idarə edirdi. “İctimai Həyat Məktəbi” (mac. Közélet Iskolája) isə fəallara təşkilatlanma, kompüterdən istifadə və ingilis dili bacarıqları öyrədirdi. “Küçə Hüquqşünasları” təşəbbüsü isə evsiz insanlara pulsuz hüquqi yardım göstərirdi. thumb|“Hamı üçün ləyaqət” şüarı ilə keçirilən yürüş, Budapest Pride, 2009|166x166px Fəaliyyəti thumb|Məcburi köçürülmələrə qarşı vətəndaş itaətsizliyi aksiyası, 2010|left|157x157px “Şəhər hamı üçündür” təşkilatı evsiz insanların hüquqlarını müdafiə edən və cəmiyyətin onlara münasibətini dəyişdirməyə çalışan müxtəlif tədbirlər təşkil edir. Qrup məcburi evdən çıxarılmalara qarşı kampaniyalarda və vətəndaş itaətsizliyi aksiyalarında iştirak etmişdir.News on the group's anti-eviction campaign on the homepage of the International Alliance of Inhabitants Təşkilat mediada tez-tez çıxış edərək evsiz insanların “bacarıqsız” və ya “ümidsiz” olduqları barədə stereotiplərlə mübarizə aparır. Qrup digər ictimai təşkilatlarla da əməkdaşlıq edir və beynəlxalq tədbirlərdə iştirak edir. O, European Social Forum, FEANTSA konfransları və Beynəlxalq Sakinlər Alyansı kimi platformalarda təmsil olunmuşdur. 2010-cu ildə təşkilat Nil Smit və Debora Kouen ilə birlikdə evsiz fəallarla bağlı müzakirələr keçirmişdir. 2011–2013-cü illərdə təşkilat “Küçələrdə Ədalət” adlı iştirakçı fəaliyyət araşdırması layihəsini həyata keçirmişdir. Layihə Budapeştdə evsiz insanların dövlət qurumları tərəfindən diskriminasiyaya məruz qalması ilə bağlı məlumat toplamışdır. 2013-cü il 19 yanvarda Budapeştin Erjebetvaroş rayonunda boş bir binanın zəbt olunması aksiyası zamanı 30 mənzil hüquqları fəalı polis tərəfindən saxlanılmışdı. “Şəhər hamı üçündür” təşkilatı həmin fəalların tələblərini dəstəkləmiş və istifadəsiz binanın sosial məqsədlərlə istifadəyə verilməsini müdafiə etmişdir.
İstinadlar
Xarici keçidlər The City is For All (official website) Video about a direct action organized by The City is for All against a forced eviction
Kateqoriya:Budapeştdə yerləşən təşkilatlar