Odisseya — Kristofer Nolanın ssenarisini yazdığı və rejissorluğunu, həyat yoldaşı Emma Tomas'ın prodüserliyini elədiyi epik fantastik döyüş filmidir. Homerin qədim yunan dastanı "Odisseya" nın adaptasiyası olan filmdə Mett Deymon İtakanın yunan kralı Odisseyi oynayır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopaya qovuşmağa çalışarkən Odisseyin uzun və təhlükəli səyahətindən bəhs edir. Filmdə Penelopa rolunu Enn Heteuey canlandırıb. Aktyor heyətində həmçinin Tom Holland, Robert Pattinson, Lupita Nyonqo, Zendaya və Şarliz Teron var. Nolan və həyat yoldaşı Emma Tomas bu filmi onların şirkəti olan "Syncopy" vasitəsilə çəkiblər.

Nolan "Odisseya" filminin ssenarisini 2024-cü ilin mart ayında yazmağa başlayıb, oktyabr ayına qədər Universal Pictures şirkəti ilə müqavilə imzalayıb və film dekabr ayında elan edilib. Aktyor seçimi 2024-cü ilin sonlarından 2025-ci ilin əvvəllərinə qədər davam edib və Mett Deymon 2025-ci ilin fevral ayında baş rol üçün təsdiqlənib. Nolan yunan mifologiyasının realistik təfsirini təsvir etməyi seçib, Britaniya-Amerika yazıçısı Emili Uilsonun 2017-ci ildə çap etdirdiyi "Odisseya" tərcüməsindən və xüsusi effektlər ustası Rey Harrihauzenin filmlərindən ilhamlanıb. Çəkilişlər 2025-ci ilin fevral-avqust aylarında Mərakeş, Yunanıstan, İtaliya, Şotlandiya, İslandiya, Qərbi Sahara və Maltada, eləcə də Los-Ancelesdəki studiya səhnəsində aparılıb. Filmin təxmini büdcəsi 250 milyon dollardır. Bu film Nolanın karyerasının ən bahalı filmidir, tamamilə IMAX-ın 70 mm-lik film kameralarında çəkilmiş ilk filmdir. Kostyum dizaynları filmin nümayişinə qədərki dövrdə tarixin düzgün təqdim edilməməsi ilə bağlı olaraq müzakirələrə səbəb olmuşdur.

"Odisseya" filminin premyerası 2026-cı il iyulun 6-da Londondakı "Odeon Luxe Leicester Square" kinoteatrında keçirilmiş, Universal Pictures tərəfindən iyulun 17-də ABŞ və Böyük Britaniyada geniş nümayişə buraxılmışdır. Film IMAX və digər premium formatlarda göstərilmişdir. Tənqidçilər filmi yüksək qiymətləndirmiş, xüsusən Nolanın rejissorluğunu təriflə qarşılamışlar; bəzi rəylərdə isə orijinal mətndən kənaraçıxmalar tənqid edilmişdir. Film dünya miqyasında 1,483 milyard dollar gəlir gətirərək Nolanın ən çox gəlir gətirən filmi olmuşdur.

Xülasə "Odisseya" əsəri, İtakanın əfsanəvi yunan kralı Odisseyin Troya müharibəsindən sonra evə doğlu uzun və təhlükəli səyahətini, həyat yoldaşı Penelopa ilə qovuşmağa çalışarkən Siklop Polifem, sirenlər və nimfa Kalipso kimi mifik varlıqlarla qarşılaşmasını təsvir edir.

Aktyorlar Mett Deymon Odissey rolunda. Əfsanəvi İtaka kralı. Rejissor Kristofer Nolan Odisseyi mürəkkəb, "heyrətamiz strategist və çox hiyləgər bir insan" kimi təsvir etmişdir. Nolan xüsusilə Britaniya-Amerika yazıçısı Emili Uilsonun 2017-ci ilə aid Odisseya tərcüməsində Odisseyin xarakteristikasını misal gətirərək, onun ağlı və ixtiraçılığı ilə maraqlanırdı. Rola hazırlaşmaq məqsədilə Mett Deymon "arıq, lakin güclü" olmaq üçün geniş məşq rejimindən və sərt pəhrizdən keçmişdir, bura artıq qlüten istehlak etməmək və çəkisini 76 kiloqrama endirmək də daxil idi. Nolan "əsl saçların fizikiliyini" əks etdirmək istədiyi üçün süni üz tüklərindən istifadə etmiş, buna görə də Deymon bir il ərzində tam saqqal saxlamışdır. Tom Holland, Odisseyin oğlu, İtaka şahzadəsi Telemax rolunda Enn Heteuey Odisseyin həyat yoldaşı, Telemaxın anası və İtaka kraliçası olan Penelopa rolunda. Penelopa həyat yoldaşının yoxluğunda potensial ər namizədlərinə qarşı mübarizə aparmışdır. Robert Pattinson Antinous rolunda, Penelopa ilə evlənmək istəyənlərdən biri Zendaya, Odisseyi səyahəti dövründə qoruyan müdriklik, müharibə və sənətkarlıq ilahəsi Afina. Şarliz Teron, Ogigiya adasında yaşayan və Odisseyi ölümsüz ər kimi yanında saxlamağa çalışan bir nimfa olan Kalipso rolunda Con Berntal Spartanın yunan kralı və Aqamemnonun qardaşı Menelay rolunda Benni Safdi Aqamemnon rolunda, Menelayın qardaşı və Troya müharibəsi zamanı Axeylilərin komandiri Con Lequizamo Eumaeus rolunda, Odisseyin sadiq xidmətçisi Himeş Patel, Odisseyin yanında vəzifəcə ikinci şəxs olan Evrilox rolunda Uill Yun Li Odisseyin gəmi yoldaşlarından biri Mia Qot Melanton rolunda, Odissey və Penelopanın qulluqçusu Cimmi Qonzales Odisseyin gəmi yoldaşlarından biri olan Sefey rolunda

Tənqidlər Mett Deymon Odissey rolunu Korinfli dəbilqəsi ilə canlandırmışdır. Bu, həm Odisseyin dövrü düşünüldüyündə, həm də İliadda təsvir edilənlə uyğunsuzluq təşkil edir.Commentary on the revelation of Matt Damon's Odysseus costume from the following references:

Kinoda britaniyalı aktyorların Amerikan ingiliscəsi ilə danışması da tənqid edilmişdir.

İstinadlar

Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Syncopy Inc. filmləri Kateqoriya:Kristofer Nolanın ssenari müəllifi olduğu filmlər Kateqoriya:Şotlandiyada çəkilən filmlər Kateqoriya:Varzazatda çəkilmiş filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:İslandiyada çəkilən filmlər Kateqoriya:Qədim Yunanıstan haqqında filmlər Kateqoriya:Kristofer Nolanın prodüseri olduğu filmlər Kateqoriya:Kristofer Nolanın filmləri Kateqoriya:Cadugərlik haqqında filmlər Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Böyük Britaniyanın döyüş macəra filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:2020-ci illərin fentezi-macəra filmləri Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:Gələcək filmlər Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri Kateqoriya:2026-cı ilin Böyük Britaniya filmləri Kateqoriya:2020-ci illərin bədheybət filmləri Kateqoriya:ABŞ-nin bədheybət filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər Kateqoriya:Böyük Britaniyanın real olmayan hekayə filmləri Kateqoriya:Kinematoqrafiyada reklam və marketinq qalmaqalları Kateqoriya:Nəhəng bədheybətlər haqqında filmlər