Aintnolie (əsl adı: Eynulla Qafarov; d. 30 iyul 2000, Bakı, Biləcəri) — azərbaycanlı reper, söz yazarı və “140 Vibes” labelinin qurucularından biridir. Azərbaycan underground rep səhnəsində fəaliyyəti, eksperimental üslubu və müxtəlif dillərdə etdiyi performanslarla tanınır.https://operativmedia.az/post/127409/aintnolie-nin-cetin-qayidisi-qlobal-hip-hop-dalgasina-qosulur

Həyatı və erkən dövrü Eynulla Qafarov 30 iyul 2000-ci ildə Bakının Biləcəri qəsəbəsində anadan olub. Musiqiyə marağı ailə mühitində formalaşıb. İlk dəfə rep musiqisi ilə 2005–2006-cı illərdə dayısının vasitəsilə tanış olub. Onun repə marağında Dr. Albanın “Hello Afrika” albomu xüsusi rol oynayıb.https://medium.com/@fehruzrza/aintnolie-%C3%A7%C9%99tin-il%C9%99-geri-d%C3%B6nd%C3%BC-d970c70954f9

Aintnolie-nin yaradıcılığında müxtəlif ölkələrin rep səhnələrinin və fərqli musiqi istiqamətlərinin təsiri hiss olunur. Onun musiqilərində eksperimental hip-hop, trap və underground rap elementləri üstünlük təşkil edir.

2012-ci ildən mahnı sözləri yazmağa başlayıb. 2014-cü ildə “Sheikh” təxəllüsü ilə ilk studiya işini yayımlayıb. Yaradıcılığının ilkin dövrlərində MC Busi tərəfindən dəstək alıb və həmin illərdə bir neçə trek təqdim edib.

Yaradıcılığı 2016-cı ildə reper FTB ilə yayımlanmayan battle çıxışında iştirak edib. Həmin dövrdə Neocortex ilə tanış olub.

2017–2018-ci illərdə “Aintnolie” təxəllüsünü qəbul edib. Bu adın mənşəyi Tupac Şakurın bir trekində keçən “Ain’t no lie” ifadəsi ilə əlaqələndirilir. Daha sonra bu təxəllüs Azərbaycan rep mühitində kreativ səhnə adlarından biri kimi qeyd olunub.

2018–2019-cu illərdə “140 Vibes” labelinin qurucularından və üzvlərindən biri olub. Bu dövrdə yayımladığı treklər və video işləri ilə underground auditoriyada tanınmağa başlayıb. “Təlxək” trekindən əvvəl də bir neçə işinə klip çəkilib. Rejissor Sabir Kərim ilə əməkdaşlıqları yüzlərlə gənc dinləyicinin diqqətini cəlb edib.

“Həyat Gruz” layihəsi onun əsas işlərindən biri hesab olunur.

Bir müddət “Highkuy” adlı kollektivdə fəaliyyət göstərib. Kollektivdə A.T(Anar Tağıyev), Yeez, Khurbanlex və UgalX kimi iştirakçılar yer alıb.

A.T (Anar Tağıyev) ilə əməkdaşlığı dinləyicilər tərəfindən xüsusilə qeyd olunub. İkilinin Azərbaycan və ingilis dillərində hazırladığı birgə treklər underground rep auditoriyasında diqqət çəkibhttps://mynews.az/news/social/65334-azerbaycanli-reper-aintnolie-sessizliyini-cetin-ile-pozdu.

2022–2024-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra yeni mixtape layihələri üzərində çalışıb və bir müddət sonra ölkəni tərk edib.https://herbiand.az/post.php?id=78194

2026-cı ildə “Çətin” adlı trekini və eyniadlı klipini yayımlayaraq musiqi fəaliyyətinə geri dönüş edib. Klipin rejissoru Müseyib Qasımov olub.https://news365.az/aintnolie-nin-cetin-qayidisi-qlobal-hip-hop-dalgasina-qosulur/135161

İstinadlar

Xarici keçidlər

Popumuz var Murad Ariflə müsahibə

BUNGAKU ilə müsahibə