Osman Aşkın Bak (11 oktyabr 1966) — türk mühəndis-mexanik və siyasətçi. Hazırda Türkiyə Respublikası Gənclər və idman naziri.
Erkən həyatı və təhsili Osman Aşkın Bak 11 oktyabr, 1966-cı ildə İstanbulda doğulub. Ailəsi əslən Rizənin Pazar mahalının Dərinsu kəndindəndir.
1980-1983-cü illərdə Kabataş Liseyində orta təhsilini tamamlayıb.
1987-ci ildə İstanbul Texniki Universitetinin Maşın mühəndisliyi fakültəsinə daxil olub və oradan bakalavr təhsili alaraq məzun olub. Universitet illərində “Esenler Erokspor” futbol komandasını idarə edib, Rifah Partiyasının seçki hazırlıqlarında iştirak edib.Osman Aşkın Bakın bioqrafisi
1988-ci ildə Bak Londona köçüb və burada Nottingem Universitetində Biznesin İdarə edilməsi və Sənaye mühəndisliyi proqramı üzrə magistr təhsilini davam etdirmişdir. Bu müddət ərzində Nottingemdə iki il futbol hakimi kimi çalışmışdır.
1992-ci ildə magistraturanı bitirərək Türkiyəyə qayıdıb və İstanbul Texniki Universitetinnin Sənaye Mühəndisliyi Elmlər İnstitutunda doktoranturaya təhsilinə başlayıb.
İngilis, alman və fars dillərini bilir.
Karyerası Osman Bak Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə-İran İş Şurasının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. O, həmçinin İstanbul Ticarət Palatasında Şura üzvü, müxtəlif idman klublarında baş katib, prezident və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
Siyasi karyerası 24-cü dövr İstanbul, 25, 26 və 27-ci dövrlərdə isə Rizədən millət vəkili seçilib.Osman Aşkın BAK
NATO Parlament Assambleyasının Türkiyə Qrupunun üzvü, Siyasi Komitəsinin sədr müavini seçilib və Xarici Əlaqələr Komissiyasının sözçüsü olub. O, həmçinin Antidopinq İstintaq Komissiyasının sədri vəzifəsində çalışıb.T.C. Gençlik ve Spor Bakanı Presidency Of The Republic Of Turkey Osman Aşkın Bak
Xarici İqtisadi Əlaqələr Şurasında Türkiyə-İran İş Şurasının İcraiyyə şurasının, həmçinin İstanbul Ticarət Palatasında Məclis üzvü vəzifələrində çalışıb. Müxtəlif idman klublarında və federasiyalarda baş katib, idarə heyətinin üzvü, komitə üzvü, ümumi assambleyanın nümayəndəsi, prezident vəzifələrində çalışıb.
65-ci hökumətdəndə Gənclər və İdman naziri vəzifəsinə təyin olunub."TBMM Albümü". 2023-cü ildə Türkiyənin 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi 67 Türkiyə hökumətində Gənclər və İdman naziri təyin olundu.Yeni Kabine listesi 2023: Yeni kabine üyeleri kimler, hangi bakanlar var?
Şəxsi həyatı Osman Aşkın Bak ailəlidir, 4 övladı var.Dr. Osman Aşkın Bak T.C. Gençlik ve Spor Bakanı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Türkiyə nazirləri