Kəmaləddin Hüseyn (; ) — I Misir sultanı Hüseyn Kamilin oğlu, Misir şahzadəsi.

1874-cü ildə Qahirədə dünyaya gəldi. Atası I Misir xidivi Kavalalı İsmayıl Paşanın oğlu Hüseyn Kamil, anası isə onun ilk xanımı Aynülhəyat Əhməddir. Üstəlik anası da Kavalalı ailəsinə mənsub olub, Kavalalı Əhməd Rüfət Paşanın qızı idi. Doğulduğu əsnada babası Kavalalı İsmayıl Paşa hələ taxtda idi və onun ölümünün ardından əmisi Tofiq Paşa və əmisi oğlu II Abbas Hilmi Paşa hakimiyyətə gətirildi. Bu səbəblə, saray həyatından uzaq sakit bir uşaqlıq və gənclik illəri yaşadı.

Özündən sonra 2 bacısı və bir qardaşı dünyaya gəlsə də, valideynləri daha sonra boşandılar və atası 1886-cı ildə Mələk Turxanla evləndi. Atasının ikinci evliliyindən də 3 bacısı dünyaya gəldi və beləcə, geniş bir ailənin içərisində yaşadı. Digər yandan dünyanın fərqli yerlərinə səyahət etdi və Qahirədə sufi din xadimlərinin məclislərini tərtiblədi.

5 may 1904-cü ildə əmisi Kavalalı Tofiq Paşanın qızı Nemətullah xanımla evləndi. Cütlüyün bu nigahdan övladı olmasa da, xanımının ilk evliliyindən doğulan oğlu Cəmil Tosun bəyin (1896-1956) təlim-tərbiyəsiylə yaxından məşğul oldu.

1914-cü ildə ingilislərin dəstəyilə atası taxta çıxdı və Misir sultanı ünvanı aldı. Ancaq bu tarixdən etibarən Kəmaləddin Hüseyn vəliəhd ünvanından imtina etdi və taxt hüququndan könüllü şəkildə əl çəkdi. Taxt namizədi olaraq əmisi Əhməd Fuad Paşa seçildi.

Ayağındakı bir problem səbəbilə Qahirədə əməliyyat olundu və bir ayağı amputasiya edildi. Səhhəti yaxşılaşmadan, əməliyyatdan 4 ay sonra Fransaya səyahət etdi və yoluxduğu infeksiya səbəbilə 1932-ci ildə Tuluzada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Montgomery-Massingberd, Hugh, ed. (1980). "The Royal House of Egypt". Burke's Royal Families of the World (snippet view). Vol. II: Africa & the Middle East. London: Burke's Peerage. p. 25. ISBN 978-0-85011-029-6 Mahfouz, Naguib (2001) . "بين القصرين" [Palace Walk]. The Cairo Trilogy (in Arabic). trans. William M. Hutchins. New York: Alfred A. Knopf. p. 16. ISBN 978-0-375-41331-5