Şahsevən Məhəmməd xan Nəsrulla xan oğlu — XIX əsr, Şahsevən elbəyi, Sarıxanbəyli oymağından, Xoy valisi, Mehdiqulu xan Cavanşirin bacısı oğlu.

Həyatı Nəsrulla xanın ikinci oğlu Məhəmməd xan Ərdəbil şəhərində dünyaya gəlmişdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili görmüşdü. Məhəmməd xan Xoyun valisi olmuşdu.

Məhəmməd xan İran şahından üz döndərmiş, Rusiyaya üz tutmuşdu. Bir müddət Şuşa şəhərində yaşayandan sonra yenidən İrana qayıtmışdı.

Ailəsi Məhəmməd xanın Məhəmmədqulu xan, Əhməd xan adlı oğulları vardı.

Mənbə Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.

Həmçinin bax Nəzərəli xan Şahsevən Şahsevən eli

Kateqoriya:Şahsevənlər