"Blau-Vays Lints" FK () və ya sadəcə "Blau-Vays Lints" — Avstriya futbolunun ən yüksək pilləsi olan Avstriya Bundesliqasında çıxış edən peşəkar Avstriya futbol klubudur.
Tarixi 260px|thumb|"Blau-Vays Lints"in və sələfinin liqa performansının tarixi qrafiki
"Blau-Vays Lints" FK 1997-ci ildə təsis edilmişdir. Klub maliyyə çətinlikləri səbəbindən əzəli rəqibi LASK ilə birləşərək fəaliyyətini dayandırmaq məcburiyyətində qalan "Lints" FK-nın ənənələrini davam etdirir.
4 iyun 2023-cü ildə "Blau-Vays Lints", 30-cu turun son oyununda "Şturm Qrats II" komandasına 2–1 hesabı ilə qalib gələrək 2022–23-cü illər mövsümündə Avstriya 2-ci Liqasının çempionu oldu və tarixində ilk dəfə olaraq 2023–24-cü illər mövsümündən etibarən Avstriya Bundesliqasında iştirak etmək hüququ qazandı (onlar həmçinin 2020–21-ci illər mövsümündə də çempion olmuşdular, lakin Bundesliqa lisenziyası üçün müraciət etmədiklərinə görə onların yüksəlməsinə icazə verilməmişdi).
Stadionu "Blau-Vays Lints" FK ev oyunlarını Lints Stadionunda keçirirdi, lakin komandanın 2023-cü ilə qədər təxminən 5000 azarkeş tutumuna malik olacaq özlərinə məxsus Hofmann Personal Stadionunu inşa etmək planları var idi.
Cari heyət
İşçi heyəti və idarə heyəti Baş məşqçi: Mixael Köllner İcraçı direktor: Ştefan Rayter İdman direktoru: Konstantin Vavra Menecment: Stefani Höller Menecment: Peter Huliak
Nailiyyətləri Avstriya 2-ci Liqası Qalib (2): 2020–21, 2022–23
Baş məşqçilərin tarixi
Məlum deyil (1997–1998) Adam Kensi (1998–2003) Gerald Pertsi (2003) Günter Tseler (2003–2004) Gerald Pertsi (2004) Diter Mirneqq (2004–2005) Gerald Pertsi (2005) Adolf Blutş (2005–2007) Samir Həsənoviç (2007) Ervin Şpigel (2007–2008) Gerald Pertsi (2008) Adam Kensi (2008–2011) Gerald Pertsi (2011) Tomas Vayssenbök (2011–2012) Gerald Pertsi (2012) Edi Ştör (2012–2013) Yəhya Gənc (2013–2014) Vilhelm Valmüller (2014–2016) Maks Babler (2016) Klaus Şmidt (2016–2017) Günter Qorentsel-Simonitç (2017–2021) Gerald Şayblehner (2021–2025) Mitya Mörets (2025) Mixael Köllner (2026–davam edir)
İstinadlar
Xarici keçidlər
"Blau-Vays Lints" FK nəticələri "Blau-Vays Lints" FK-nın cari nəticələri Blau-Vays Lints, FK Kateqoriya:1997-ci ildə Avstriyada yarananlar Kateqoriya:1997-ci ildə yaradılmış futbol klubları