Slovak Xalq Partiyası () və ya Hlinka Partiyası — ifrat sağçı, klerikal faşist və katolik dindar ideologiyasına sahib olmuş siyasi partiya idi.
Partiya, Slovakiyanın hələ Avstriya-Macarıstan imperiyasının bir parçası olduğu, liberalizmin təsirlərinə qarşı mübarizə apardığı və Slovakiyanın milli kimliyini hifz edib saxlamağa çalışdığı bir dövrdə meydana çıxmışdır. Çexoslovakiyanın yaradılmasından sonra partiya öz mühafizəkar xəttini saxlamış, unitar "Çexoslovakiya" xalqı konsepsiyasına qarşı çıxmış və Slovakiya üçün geniş muxtariyyət tələb etmişdir. 1930-cu illərin ikinci yarısında Avropada totalitar rejimlərin yüksəlişi və partiyanın uzunmüddətli siyasi məqsədlərinə parlamentar yollarla nail ola bilməməsi, onun demokratik prosedurlara olan inamını itirməsinə gətirib çıxarmışdır. Nəticədə, partiyanın faşizm kimi daha radikal və ekstremist ideologiyalara yönəlməsi prosesi başlamışdır.
1938-ci ilin noyabrında digər sağçı partiyalarla birləşdikdən sonra təşkilat Hlinkanın Slovak Xalq Partiyası — Slovak Milli Vəhdət Partiyası adlandırılmış və Slovakiyanın yeganə hakim qüvvəsinə çevrilmişdir. Dövlətin totalitar bir modelini mənimsəməklə yanaşı, partiya daxilində çox sayda nasist kollaborasionisti (əməkdaşlıq edən şəxs) mövcud idi. Bu kollaborasionist qrup 1940–1942-ci illər arasında Slovakiya siyasətində tamamilə dominant mövqe qazanmışdır. Partiyanın rəhbərləri slovak katolik keşişləri Andrey Hlinka (1913–1938) və daha sonra Yozef Tiso (1939–1945) olmuşdur.
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Faşist partiyaları Kateqoriya:1906-cı ildə yaranan siyasi partiyalar Kateqoriya:1913-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:1945-ci ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:Antiqaraçıçılıq Kateqoriya:Avstriya-Macarıstanda siyasət Kateqoriya:Çexoslovakiya İkinci Dünya müharibəsində Kateqoriya:Faşist partiyaları Kateqoriya:XX əsrdə Slovakiya Kateqoriya:Xristian milliyətçiliyi Kateqoriya:Katolik siyasi partiyaları Kateqoriya:Qadağan olunmuş siyasi partiyalar Kateqoriya:Mühafizəkar partiyalar Kateqoriya:Müstəqillik tərəfdarları olan partiyalar Kateqoriya:Nasist Almaniyası ilə kollaborasionizm Kateqoriya:Qadağan olunmuş ifrat sağçı siyasi partiyalar Kateqoriya:Birpartiyalı sistemdə hakimiyyətdə olmuş siyasi partiyalar Kateqoriya:Çexoslovakiyadakı siyasi partiyalar