Salome əsl adı Mariya Roza Marko Pike (; ) — İspaniya müğənnisi. O, "Vivo cantando" mahnısı ilə 1969-cu il Avroviziya Mahnı Müsabiqəsinin dörd qalibindən biri olub. Həyatı Mariya Roza Marko yaradıcılıq fəaliyyətinə "Radio Barcelona"da başlayıb. Həmin vaxtdan etibarən musiqi karyerasını televiziyada aparıcılıq fəaliyyəti ilə birlikdə davam etdirib. Sənətçi Frenk Sinatranın konsertinin açılışında (onun çıxışından əvvəl) səhnəyə çıxıb. 1963-cü ilə qədər o, "Iberofón" və "Zafiro" səsyazma şirkətləri üçün qırxdan çox mahnı lentə alıb. 1963-cü ildə katalan dilində ifa etdiyi "Se'n va anar" mahnısı ilə Barselonada keçirilən 5-ci Aralıq dənizi Mahnı Festivalında (Festival de la Canción Mediterránea de Barcelona) qalib gəlib.

Dörd il sonra, 1967-ci ildə, yenə katalan dilində olan "Com el vent" mahnısı ilə Barselonanın 9-cu Aralıq dənizi Mahnı Festivalında ikinci mükafatı qazanıb. O, həmçinin Valensiya Festivalında (Festival de Valencia) və Duero Festivalında (Festival del Duero) da yarışıb və sonuncuda "Ən yaxşı müğənni" mükafatına layiq görülüb. 1969-cu ildə Sebastyan Qarsiya ilə ailə qurub. Həm katalon, həm də ispan dillərində bir çox mahnılar yazdırıb ki, bunlardan ən populyarları "Quinientas millas", "L'arbre", "Bésame mucho", "Com el vent", "L'emigrant", "Puedo morir mañana", "Isla del amor" və "Esperaré" olub.

O, 1969-cu ildə Madriddə keçirilən Avroviziya Mahnı Müsabiqəsində musiqisi Mariya Xose Çerato, sözləri isə Aniano Alkaldeyə aid olan "Vivo cantando" mahnısı ilə İspaniyanı təmsil edib. O, birincilik mükafatını Lulu (Böyük Britaniya), Frida Bokkara (Fransa) və Lenni Kur (Niderland) ilə bölüşdürüb. Bu, müsabiqə tarixində baş mükafatın birdən çox iştirakçı tərəfindən qazanıldığı yeganə hadisə olub. Salome qələbə mükafatını Avroviziyanın ötənilki qalibi, ispan müğənnisi Massieldən qəbul edib. Onun Manuel Perteqas tərəfindən dizayn edilən libası təbaşir-mavi rəngli kiçik çini silindrlərdən hazırlanıb, 14 kq çəkiyə malik olub və müğənni bu geyimlə birlikdə hər birinin çəkisi 1 kq olan üç boyunbağı taxıb. Salome "Vivo cantando" mahnısını səkkiz dildə (ispan, katalan, bask, fransız, alman, italyan, ingilis və serb-xorvat dillərində) lentə alıb.

Diskoqrafiya Albomları Salome (1968) El cant dels ocells (1968) Vivo cantando (1969) Canta Manzanero (1970) Sardanes cantades (Vol. I) (1971) Salome (1972) Salome canta temas clasicos (1973) Dejame volver (1974) Sardanes cantades (Vol. II) (1974) Mexico (1976) Els segadors (1976) Salome canta a los clasicos (1977) Les nostres cancons (1978) Catalunya meva (1980) Ahi va (1988) Mas (1991)

İstinadlar

Xarici keçidlər

Lyrics: "Vivo Cantando" (as performed in the contest)

Kateqoriya:İspaniyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:İspaniya müğənniləri