Dərələyəzli Aşıq Cəlil () — Azərbaycanlı aşıq, şair, musiqiçi.

Həyatı Aşıq Cəlil 1868-ci ildə Dərələyəz mahalının Sallı kəndində anadan olub. Aşıq Cəlilin ustadı Aşıq Abbas olub. Aşıq Cəlilin on beş şəyirdi olub.

Aşıq Cəlil hələ gənc yaşlarından saz havalarının gözəl ifaçısı kimi tanınmışdır. Aşığın nəvəsi Aşıq Mirzalı Mirzalıyevin xatirələrindən aydın olur ki, el sənəkarının yaratdığı 12 saz havası günümüzədək gəlib çatmışdır. "Baş Cəlili", "Orta Cəlili", "Ayaq Cəlili", "Qaytarma", "Sallama gəraylı" ("Dərələyəz gəralyısı") və başqa havaların yaradıcısının Aşıq Cəlil olduğu bildirilir.

Aşıq Cəlil ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində 1918-ci ildə Naxçıvana köçüb və burada Məmmədrza Dizəsi kəndində məskunlaşıb.Afaq Mustafayeva. Dərələyəzin böyük el sənətkarı: Aşıq Cəlil. "Yurdun səsi" qəzeti, № 07, aprel, 2025. səh.6

İrsi 2018-ci il dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Aşıqlar Birliyi və "Dərələyəz" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

İstinadlar

Kateqoriya:Azərbaycanlı aşıqlar