İrada Tofiqovna Berq (Vovnenko) (5 yanvar 1973-cü il, Leninqrad, SSRİ — 5 iyul 2026-cı il, Sankt-Peterburq, Rusiya Federasiyası) — azərbaycan əsilli Rusiya yazıçısı, Sankt-Peterburq Yazıçılar İtifaqının üzvü, mədəniyyət layihələrinin prodüsseri,"Renesans" xeyriyyə fondunun sədri, " Düşüncə ilə oxu" layihəsinin müəllifi.
Həyatı 5 yanvar 1973-cü ildə Leninqradda inşaatçı ailəsində anadan olub. Atası Tofiq Mövsümoviç Həsənov uzun illər "Lenlayihə" institutuna rəhbərlik edib və Tsarskoye Selo muzey kompleksində tikintiyə rəhbərlik edib.
1998-ci ildə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunu rus mədəniyyəti ixtisası üzrə bitirib.
1999-cu ildə Sankt-Peterburq Dövlət Universitetinin filoloji fakültəsinin alman dili bölməsini bitirib. 2003-cü ildən Tsarskoye Selo muzey kompleksinin beynəlxalq şöbəsində baş mütəxəssis vəzifəsində işləyib. "Yantarnaya komnata (Kəhrəba otaq)" kompleksinin bərpa layihəsində iştirak edib.
2004-cü ildə` "Renesans" xeyriyyə fondunu təsis edib.
2006-cı ildən yazıçı kimi özünü sınayıb. " Sehrli kaleydoskop. Petkanın Tarix ölkəsinə səyahəti" adlı ilə Petka dlı uşağın məcarələri silsiləsi tarixini yazıb. Sonuncu "Mariinski teatrının sehrli səhnəarxası" kitabı 2019-cu ilin aprelində çap olunmuşdu.
2009-cu ildən 2017-ci ilədək "İsaakovskiy sobor" muzey kompleksinin icyimaiyytlə əlaqədar və mədəniyyət layihələri şöbəsinin müdiri, sonra direktorun ictimaiyyətlə əlaqələr müavini vəzifəsində çalışmış, "İsaakovskiy sobor dostları Məclisi" layihəsinə rəhbərlik etmişdir. 31 may −16 iyun 2017-ci ildə "İsaakovskiy sobor" muzey kompleksinin direktoru vəzifəsini icra etmiş, sonra öz istəyi ilə işdən azad olmuşdur.
2015-ci ildən Sankt-Peterburq Yazıçılar İtifaqının üzvü idi.
2017–2017-ci illərdə "Yusupovskiy Dvorets na Moyke" muzey kompleksi direktorunun icyimaiyytlə əlaqədar və mədəniyyət layihələri üzrə müavini işləmişdir.
2019-cu ildən mədəniyyət layihələrinin müstəqil prodüseri olmuşdur.
2020-ci ildən İrada Berq təxəllüsü götürmüş, " Düşüncə ilə oxu" layihəsinin rəhbərlik etmişdir.https://ru.ruwiki.ru/wiki/%D0%92%D0%BE%D0%B2%D0%BD%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%98%D1%80%D0%B0%D0%B4%D0%B0_%D0%A2%D0%BE%D1%84%D0%B8%D0%BA%D0%BE%D0%B2%D0%BD%D0%B0?utm_referrer=https://www.google.com/
5 iyul 2026-cı ildə rəhmətə getmişdir.
İstinadlar
5 iyul 2026-cı ildən Sankt-Peterburqda rəhmətə getmişdir. Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Qadın yazıçılar