Mahir Çingiz oğlu Xəlifəzadə (Inglis: Mahir Khalifa-zadeh, ) — Azərbaycanlı alim, professor, Ph.D, təqaüddə olan diplomat (I-ci dərəcəli müşavir), Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Azərbaycan Qlobal kontekstdə" (Azerbaijan in Global Context) tarixi-siyasi tədqiqatlar mərkəzinin təsisçisi və rəhbəri.
Həyatı 25 dekabr 1961-ci il tarixdə Tbilisi şəhərində anadan olub. 1979-cu ildə Bakı şəhər 20 №-li orta məktəbini, 1984-cü ildə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.
1988–1992-ci illərdə SSRİ EA Beynəlxalq Bioloji Tədqiqatlar Mərkəzinin Nəzəri və Təcrübi Biofizika İnstitutunun (ITEB, RAN, https://iteb.ru/) məqsədli aspiranturasında təhsil almış və orada namizədlik dissertasiyası müdafiə etmişdir.
1993–1994-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi yanında Strateji Araşdırmalar Mərkəzinin qlobal siyasət və beynəlxalq təhlükəsizlik məsələlər üzrə şöbəsinin müdiri,
1994–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışır. 1995–1998 -ci illərdə Azərbaycan Respublikasının ABŞ-dəkı səfirliyində siyasi məsələlər üzrə II-I katib, 1999-Kosovoda ATƏT-in missiyasında fəaliyyət göstərmişdir. 2000-ci ilin fevral ayından Xarici İşlər Nazirliyinin ABŞ və Kanada şöbəsinin müdir əvəzi, 2002-ci ilin fevral ayından Xarici İşlər Nazirliyinin Orta Şərq və Cənubi Asiya (İran) şöbəsində müdir müavini, 2004–2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində siyasi məsələlər üzrə müşavir, 2007–2008-ci illərdə isə Xarici İşlər Nazirliyinin I Avropa şöbəsinin (İngiltərə və Skandinaviya ölkələri) müdiri vəzifələrində çalışmışdır.
2010–2014-cü illərdə Kanadanın Monreal şəhərində fəaliyyət göstərən "Qloballaşdırma Problemləri üzrə Araşdırma Mərkəzi"nin əməkdaşı olub.
2012- ci ildə Bakı şəhərində fəaliyət göstərən "Beynəlxalq Eko-Energetika Akademiyasında" Politologiya və Beynəlxalq Münasibətlər üzrə professor rütbəsini alıb.
2017-ci ildən Kanadanın Toronto şəhərində özünün "Azərbaycan Qlobal Konteksdə" (Azerbaijan in Global Context, www.azglobalcontext.org) adlı tarix və siyasi araşdırmalar mərkəzini açıb və həmin mərkəzə rəhbərlik edir.
M. Xəlifəzadə, geosiyasət, beynəlxalq münasibətlər və Azərbaycan tarixinə dair beynəlxalq jurnallarda dərc olunmuş 60-dan çox elmi məqalənin və 4 kitab fəslinin müəllifidir. Kanada Tarix Assosiasiyasının (Ottava, Kanada) və Kanada Siyasi Elmlər Assosiasiyasının (Ottava, Kanada) üzvü və fəal iştirakçısıdır.
Ailəsi Evlidir, üç övladı var.
İstinadlar
Xarici keçidlər Azerbaijan in Global Context, Media and Analysis Center, Toronto, Canada, https://www.azglobalcontext.org/ Mahir Khalifa-zadeh, Google Scholar, https://scholar.google.com/citations?user=UAmaogYAAAAJ&hl=en academia.edu, https://independent.academia.edu/MahirKhalifazadeh Mahir Xəlifəzadə, Azərbaycan Respublikası Diaspora Üzrə Dövlət Komitəsi Mahir Khalifa-zadeh, Canadian Historical Association, Ottawa, Canada US President Joe Biden's Letter to Prof Mahir Khalifa-zadeh, June 4, 2021, White House, Washington DC, USA
Kateqoriya:Azərbaycanlı alimlər