thumb|"Om" hecası Hinduizm dinində Brahmanı ifadə edir. Brahman (; BSTƏ: Brahman) — Hinduizm dinində axırıncı həqiqət deməkdir.P. T. Raju (2006), Idealistic Thought of India, Routledge, , page 426 and Conclusion chapter part XII Ən ali universal prinsip termini allaha və ya universal substansiyaya istinad etmək üçün istifadə edilə bilər.
Upanişadlara görə, Brahman varlıq və yoxluq dualizmini aşan reallığa aiddir. Brahman bütün digər bütün reallıqlar üçün əsas baza hesab olunur. O bütün məhdudiyyətləri və sərhədləri aşan dəyişməz, əbədi və əzəli prinsipi ifadə edir. Bütün məhdudiyyətləri aşdığı üçün onu dil ilə müəyyən etmək və ya təsnif etmək mümkün deyildir.
Hinduizmin əsas məktəblərində Brahman mövcud olan hər şeyin effektiv səbəbi hesab olunur.Mariasusai Dhavamony (2002), Hindu-Christian Dialogue: Theological Soundings and Perspectives, Rodopi Press, , pages 43–44For dualism school of Hinduism, see: Francis X. Clooney (2010), Hindu God, Christian God: How Reason Helps Break Down the Boundaries between Religions, Oxford University Press, , pages 51–58, 111–115;
For monist school of Hinduism, see: B. Martinez-Bedard (2006), Types of Causes in Aristotle and Sankara, Thesis – Department of Religious Studies (Advisors: Kathryn McClymond and Sandra Dwyer), Georgia State University, pages 18–35 O, hər şeyə nüfuz edir, sonsuzdur, əzəli və əbədi həqiqətdir, dəyişməz şüur və ekstazdır, eyni zamanda da dəyişən hər bir şeyin səbəbidir. Metafiziki bir anlayış olaraq, Brahman hər şeyi bir-birinə bağlayan və bütün fərqləri aşan vəhdətdir.
Veda sözü olan Brahman, Vedaların əsas (açar) sözlərindən biri hesab olunur və erkən Upanişadlarda geniş şəkildə öyrənilmişdir.Stephen Philips (1998), Routledge Encyclopedia of Philosophy: Brahman to Derrida (Editor; Edward Craig), Routledge, , pages 1–4 Vedalar Brahmanı Kosmik Prinsip kimi qəbul edir, Upanişadlar isə onu müntəzəm olaraq Sat-cit-ānanda (Varlıq-şüur-ekstaz)Eliot Deutsch (1980), Advaita Vedanta : A Philosophical Reconstruction, University of Hawaii Press, , Chapter 1 və dəyişməz, daimi, sonuncu həqiqət kimi təsvir edirlər.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
The Concept of Brahman in Hindu Philosophy, Haridas Chaudhuri (1954), Philosophy East and West, Vol. 4, No. 1, pp. 47–66. The Idea of God in Hinduism, A. S. Woodburne (1925), The Journal of Religion, Vol. 5, No. 1, pp. 52–66. The Western View of Hinduism: An Age-old Mistake (Brahman), J. M. De Mora (1997), Annals of the Bhandarkar Oriental Research Institute, Vol. 78, No. 1/4, pp. 1–12. Concepts of God Stanford Encyclopedia of Philosophy, Stanford University, (Compares Brahman with concepts of God found in other religions). Detailed essays on Brahman at Hinduwebsite.com Concept of Brahman in vedas at Adbutam, wordpress.Weblog
Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Tanrı konsepsiyaları Kateqoriya:Vedanta Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Hinduizmdə Allah