Nəsrəddin Production — 31 oktyabr 2023-cü il tarixində Azərbaycanın media və kino sənayesində tanınmış idarəçi və sahibkar Zaur Darabzadə tərəfindən təsis edilmiş və dövlət qeydiyyatından keçmiş kino şirkətidir.

Tarixçə Şirkətin adı Türk dünyasının və Şərq xalqlarının ortaq satira, müdriklik və yumor rəmzi olan Molla Nəsrəddin obrazından ilhamlanaraq seçilmişdir.

13-14 oktyabr 2023-cü il tarixlərində Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında Türk dünyasının ortaq folklorsal və yumoristik simvolu olan Molla Nəsrəddin haqqında böyük birgə kino layihəsinin ("Molla Nəsrəddin: Çətin günlərimin dostu") çəkilməsi qərara alınmışdır.

Bu çərçivədə 31 oktyabr 2023-cü il tarixində təsis edilərək dövlət qeydiyyatından keçən və prodüserliyi Zaur Darabzadəyə həvalə olunan "Nəsrəddin Production"ın əsas missiyası və yaranma tarixi bilavasitə Türk dünyasının ortaq mədəni irsinin kinematoqrafiya vasitəsilə dünyaya çatdırılması ilə bağlıdır.

Fəaliyyəti Qurulduğu gündən bəri Nəsrəddin Production bir neçə mühüm istiqamətdə fəaliyyət göstərir:

Beynəlxalq Əməkdaşlıq: Türkdilli dövlətlər ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan) birgə layihələrin həyata keçirilməsi, türkdilli ölkələrin beynəlxalq aktyor və rejissor heyətinin prosesə cəlb edilməsi. Mədəni dialoq: Türk dövlətləri arasında kino vasitəsilə əməkdaşlığın gücləndirilməsi. Ortaq irs: Molla Nəsrəddin obrazının qlobal səviyyədə tanıdılması. İctimai təsir: Filmin beynəlxalq auditoriyaya təqdim olunması türk dünyasının ortaq dəyərlərinin tanıdılmasına xidmət edir.

Bu gün Nəsrəddin Production gənc şirkət olmasına baxmayaraq, Azərbaycan kinosunu Türk dünyası və beynəlxalq platformalara çıxarmağı hədəfləyən irimiqyaslı birgə istehsalat (co-production) layihələri ilə tanınır.

Filmoqrafiya İlİstehsalNövüTezlikləMolla Nəsrəddin: Çətin günlərimin dostubədii film

Mənbə Kateqoriya:2023-cü ildə yaradılmış təşkilatlar Kateqoriya:2023-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan film şirkətləri

Kateqoriya:Azərbaycan şirkətləri