Pyer Rayxel () isveçrəli humanitar xadim və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) uzun müddətli nümayəndəsidir. Rayxel BQXK strukturunda uzun illər müxtəlif münaqişə zonalarında humanitar fəaliyyət göstərmişdir. Onun adı müharibə nöqtələrində göstərdiyi fədakar xidmətə, məhbuslara verdiyi mənəvi dəstəyə, eləcə də əsirlərin azad edilməsinə görə humanitar dairələrdə və arxiv xatirələrində xüsusilə qeyd edilir.
Həyatı və təhsili Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri və deleqatlarının, o cümlədən Pyer Rayxelin təhlükəsizlik və bitərəflik prinsiplərinə görə, onların dəqiq anadan olduğu gün, ay, il və doğulduğu şəhər kimi şəxsi bioqrafik məlumatları rəsmi olaraq ictimaiyyətə açıqlanmır. Bununla belə onun linkedin səhifəsindəki məlumatlardan aydın olur ki, o, İsveçrənin Lozanna Universitetində () ali təhsil almışdır. Universitet illəri 1975–1992-ci illəri əhatə edir. O, humanitar missiyasına 1993-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin deleqatı kimi başlamışdır və 30 ildən artıqdır ki, bu təşkilatda fəaliyyətini davam etdirir.
Humanitar fəaliyyəti Pyer Rayxel hazırda İsveçrə və beynəlxalq humanitar sistemdə təcrübəli mütəxəssis statusunu qoruyur. O, BQXK strukturunda uzun illər müxtəlif münaqişə zonalarında fəaliyyət göstərmişdir. Rayxel karyerası boyu dünyanın ən qaynar və çətin münaqişə zonalarında xidmət etmişdir.
Beynəlxalq Missiyaları
Azərbaycan (1990-cı illərin ortaları): Birinci Qarabağ müharibəsi dövründə Bakıda və münaqişə bölgələrində BQXK-nın nümayəndəsi olub. Əsir düşmüş azərbaycanlıların ailələrinə məktubların çatdırılması ("Qırmızı Xaç məktubları") və əsirlərin azad olunaraq vətənə qaytarılması prosesinə rəhbərlik edib. Azərbaycandakı fəaliyyətinə görə keçmiş əsirlər tərəfindən "Məhbusların hamisi" (Məhbusların qoruyucu mələyi) adlandırılıb. Belə ki, o, erməni əsirliyində saxlanılan azərbaycanlı hərbi əsir və girovların ziyarət edilməsi, onların saxlanma şəraitinin yoxlanılması və ailələri ilə əlaqə saxlamalarına kömək edilməsi missiyasını yerinə yetirmişdir.1996-cı ilin may ayında azərbaycanlı əsirlərin və girovların Bakıya qaytarılması prosesində birbaşa iştirak etmiş, beynəlxalq humanitar hüquq prinsiplərinə uyğun olaraq vasitəçilik missiyasını yerinə yetirmişdir. Şimali Qafqaz: Azərbaycandakı missiyasını tamamladıqdan sonra 8 il boyunca Şimali Qafqazda (Çeçenistan müharibəsi və fəsadları dövründə) humanitar fəaliyyət göstərib. Əfqanıstan (Qəndəhar və Məzari-Şərif): Münaqişələrin gərgin dövründə Qəndəharda 1 il, Məzari-Şərifdə isə 2 il müddətinə deleqasiya rəhbəri və nümayəndə kimi çalışıb. İraq (Ərbil və Kərkük): İraqın Ərbil şəhərində 1 il, daha sonra isə Kərkük bölgəsində humanitar böhranın idarə edilməsi missiyalarında iştirak edib. Cənubi Osetiya (Tsxinvali): Təxminən 2012-ci il və sonrakı dövrlərdə 3 il müddətinə BQXK-nın Tsxinvali ofisinin rəhbəri vəzifəsini icra edib.
Birinci Qarabağ müharibəsi azərbaycanlı əsirlərinin xatirələri Todaypress.tv-nin Instagram səhifəsində etmiş olduğu paylaşımda Pyer Rayxel Birinci Qarabağ müharibəsi illərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi kimi erməni əsirliyində saxlanılan yüzlərlə azərbaycanlının taleyində mühüm rol oynadığı qeyd edilib. Onun həyatını riskə atması və işğal altındakı Şuşa həbsxanasına daxil olması və oradakı ağır, anti-sanitar şəraitin yaxşılaşdırılması üçün çalışması yüksək dəyərləndirilib. Rayxelin səyləri nəticəsində qəddar nəzarətçilər uzaqlaşdırılıb, əsirlər isti geyim, dərman və digər zəruri yardımlarla təmin ediliblər. Ən önəmlisi isə gizli saxlanılan azərbaycanlı əsirlərin rəsmi qeydiyyata alınmasına nail olaraq onların izsiz yoxa çıxmasının və gizli qətlə yetirilməsinin qarşısını alıb. Humanist fəaliyyəti və cəsarəti sayəsində Pyer Rayxel xilas etdiyi insanların yaddaşında böyük ehtiramla anılır. Rayxelin bu fəaliyyəti "Xaçın kölgəsi" () adlı istintaq sənədli filmində şahidlərin dili ilə öz təsdiqini tapır. Filmdə ermənilərə Birinci Qarabağ müharibəsində əsir düşmüş Kazımov qeyd edir ki, Pyer Rayxel Şuşa həbsxanasının qubernatordan tutmuş mühafizəçilərə qədər bütün heyəti əvəz etdi. Kazımov bu günə qədər onunla əlaqə qurur və hələ də onun telefon nömrəsini saxlayır. Nitqini davam edərək – "Əgər o olmasaydı, mən bu gün burada olmaya bilərdim" deyə qeyd edir.
İstinadlar
Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İsveçrədə doğulanlar Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:Lozanna Universitetinin məzunları