Badenli Maksimilyan Andrey Fridrix Qustav Ernest Avqust Bernhard (; ) — Baden ailə başçısı Baden markqrafı Bertoldun oğlu, Baden ailə başçısı.

1933-cü ildə Baden-Vürtemberqdə dünyaya gəldi. Atası Almaniya kansleri Badenli Maksimilyanın oğlu Baden markqrafı Bertold, anası isə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Teodoradır. Uşaqlıq və ilk gənclik illəri Salem malikanəsində keçdi.

1963-cü ildə atasının vəfatıyla Baden ailə başçısı ünvanını aldı. 23 sentyabr 1966-cı ildə Salemdə Avstriya hersoqu Hubert Salvadorun qızı Valeriya ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Mariya Luiza (1969-), 1999-cu ildə amerikalı buddist rahib Riçard Beykerlə evləndi. Bir qızı doğuldu. Sofiya Beyker (2001-) Bernhard Max (1970-) Leopold Max (1971-) Mixail Max (1976-), 2015-ci ildə Kristina Höhnlə evləndi. Övladı yoxdur.

Ən son 19 sentyabr 2022-ci ildə dayısının həyat yoldaşı Britaniya kraliçası II Yelizavetanın cənazə mərasimində iştirak etdi. Bundan sonra səhhəti piləşməyə başladı və həmin ilin sonunda - 29 dekabr 2022-ci ildə vəfat etdi. 13 yanvar 2023-cü ildə keçirilən cənazə mərasiminin ardından Salemdəki ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan (2008). Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Oxford University Press. pp. 317–318. ISBN 978-0-19-533927-7

İstinadlar