Bastiliya günü () — hər il iyulun 14-də qeyd olunan Fransanın milli bayramı.
Böyük Fransa inqilabına zəmin yaradan mühüm hadisələrdən biri olan və 14 iyul 1789-cu ildə reallaşan Bastiliya qalasının alınmasını qeyd etmək məqsədilə təşkil edilən tədbirlər sırasına hərbi paradlar, atəşfəşanlıq və müxtəlif şənliklər daxildir.
Tarixi
1880-ci ildə rəsmi olaraq Fransanın milli bayramı elan edilən 14 İyul təqvim günü, fransızların mutləqiyyətə qarşı mübarizəsini və milli vəhdətini tərənnüm edir. Bayramın kökləri həm monarxiyanın həbsxanası olan Bastiliya qalasının ələ keçirilməsinə, həm də bir il sonra keçirilmiş milli vəhdət festivalına () əsaslanır.
Bayram tədbirləri Yelisey Çölləri hərbi paradı: Parisin Yelisey Çölləri prospektində təşkil edilən təntənəli hərbi parad Avropanın ən qədim və böyük müntəzəm hərbi nümayişlərindən biridir. Yanğınsöndürənlər balı (Bal des Pompiers): İyulun 13-dən 14-nə keçən gecə yanğınsöndürmə məntəqələrində xalq üçün açıq rəqs və əyləncə gecələri keçirilir. Atəşfəşanlıq: Başda Eyfel qülləsi olmaqla ölkənin müxtəlif şəhərlərində möhtəşəm atəşfəşanlıq şouları təşkil olunur.
İnsidentlər və təhlükəsizlik hadisələri
2009-cu ildəki bayram tədbirləri zamanı Parisdə ümumilikdə 317 nəqliyyat vasitəsi yandırılmış; 2016-cı ildə isə Nitsa şəhərindəki bayram şənlikləri zamanı törədilən terror aktı nəticəsində 84 nəfər həlak olmuşdur.
İstinadlar
Xarici keçidlər
14 July – Official French website
Kateqoriya:Fransa mədəniyyəti Kateqoriya:İyuldakı bayramlar Kateqoriya:Milli günlər