Burqundiyalı Raymond (; ; ) — Burqundiya qrafı I Vilyamın oğlu, Qalisiya qrafı.

1070-ci ildə Bezansonda dünyaya gəldi. Atası Burqundiya qrafı I Vilyamın oğludur. Bacısı Sibilyanın əri Burqundiya hersoqu I Odonun əmrində bir çox hərbi əməliyyatda iştirak etdi.

1086-cı ildə müsəlman mavrlara qarşı məğlub olan Kastiliya, Qalisiya və Leon kralı VI Alfonso özünə müttəfiq axtarmaq məqsədilə qızlarını Avropalı zadəganlarla evləndirmək niyyətinə düşdü. Onun dəvətiylə 1087-ci ildə I Odoyla birlikdə Pireney yarımadasına yollandı. Elə həmin il VI Alfonsonun qızı və varisi Şahzadə Urraka ilə evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik əsnasında gəlinin 6, bəyin isə 17 yaşı vardı. Evlilik 1093-cü ildə rəsmiyyət qazandı. Xanımı artıq yetkinlik yaşına çatdı və Raymond Qalisiya qrafı ünvanı aldı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.

Sança Raymundes (1102-1159) VII Alfonso (1105-1157)

20 sentyabr 1107-ci ildə vəfat etdi.

kMənbə

Ədəbiyyat